Hikmət Hacıyev: “Müasir müstəqil Azərbaycanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”

İstanbulda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, tədbir iştirakçıları Ulu Öndərin İstanbul Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət ediblər.

 

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, müasir müstəqil Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması və möhkəmlənməsi, ölkəmizin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Hikmət Hacıyev deyib ki, məhz dünya şöhrətli Ulu Öndərin xidmətləri nəticəsində və qoyduğu irs əsasında hazırda Azərbaycan dövləti hərtərəfli inkişaf edir, ölkəmiz beynəlxalq aləmin layiqli üzvüdür.

Xudaferin.eu

Hikmət Hacıyev: “Müasir müstəqil Azərbaycanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”Hikmət Hacıyev: “Müasir müstəqil Azərbaycanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”Hikmət Hacıyev: “Müasir müstəqil Azərbaycanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”

23:27