Hikmət Hacıyev: Minalar münaqişələr bitdikdən sonra on illiklər boyu sülhə, inkişafa böyük əngəl törədir VİDEO
Minalar, müharibənin partlamamış hərbi qalıqları münaqişələr bitdikdən sonra on illiklər boyu sülhə, inkişafa böyük əngəl törədir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 1-də Bakıda keçirilən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfransda çıxışı zamanı söyləyib.
“Münaqişədən sonrakı dövrdə minaların təmizlənməsi önəmli problem olaraq qalır. Azərbaycan əraziləri işğaldan azad olunandan sonra minalardan və partlamamış hərbi sursatlardan çirklənmə baxımından dünyada ən yüksək yerlərdən birini tutur. Hazırda ərazilərimizdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Xudaferin.eu
12:58
Digər xəbərlər