Həftəsonu bəzi bölgələrdə yağış, dağlıq ərazilərdə qar yağacaq

Azərbaycanda aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9°, gündüz 14-18° isti, Bakıda gecə 8-10°, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda yağıntıda fasilə olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9°, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Xudaferin.eu

12:55