Helikopter qəzasında həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunub ​​​​​​​ - YENİLƏNİB-1 - FOTO

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlar dəfn edilib.

​Xudaferin.eu APA-ya istinadən  xəbərinə görə, qəza nəticəsində həlak olan hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
 

Mərasimdə hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

Yaylım atəşi açılıb.

***

14.17

Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanların cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına gətirilib.

​Xudaferin.eu APA-ya istinadən xəbərinə görə, qəzada həlak olan hərbçilərin dəfn mərasimində şəhidlərin ailə üzvləri, hərbçilər, DSX rəisi, general-polkovnik Elçin Quliyev, Müdafiə sənayesi naziri Mədət Quliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edir.

 

***

13.27

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunacaq.

APA-nın xəbərinə görə, qəza nəticəsində həlak olan hərbçilərin cənazələri dəfn edilmək üçün II Şəhidlər xiyabanına yola salınıb.

Qeyd edək ki, noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla “Sərhədçi” İdman Kompleksində vida mərasimi keçirilib.

Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

Qəzada həlak olan hərbçilər aşağıdakılardır:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Xudaferin.eu

16:22