Haspel Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri oldu

Mayın 17-də ABŞ Senatı Cina Haspelin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, səsvermədə 54 senator ona etimad göstərib, 44 nəfər əleyhinə səs verib.

Səsvermə nəticəsinə əsasən Haspelin MKİ-nin direktoru vəzifəsinə təyinatı təsdiqlənib.

Qeyd edək ki, Haspel buna qədər xarici kəşfiyyat xidməti və antiterror mərkəzinin direktor müavini vəzifələrində işləyib.

Xudaferin.eu

14:13