Hakimiyyətdən şok: iki komitə ləğv edilib ASAN xidmətə verilir

Hazırda bütün dövlət qurumlarında oxşar funksiyalarla bağlı araşdırma aparılır. Belə ki, bir çox qurumlarda eyni funksiya daşıyan idarələr, şöbələr var. Onların ləğvi və ya birləşdirilməsi gündəmdədir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, və Statistika Komitəsinin ləğvi planlaşdırılır.  Yaranmış vəziyyətdə məntiqlə hökumət ciddi qənaət rejiminə keçməlidir. Azərbaycan iqtisadiyyatında ciddi struktur islahatları aparılmalıdır. Bir-birini təkrarlayan qurumlar ləğv edilməli, eyni zamanda vacib olan yeni institular yaradılmalıdır. Azərbaycanda bir-birini təkrarlayan eyni qurumlar hələ də qalmaqdadır. Adıçəkilən hər iki komitənin də fəaliyyəti büdcə üçün izafi xərc kimi qiymətləndirilir. Onların səlahiyyəti Bakı şəhər İcra Hakimiyyətinə verilə bilər. Habelə, hər iki komitənin ASAN xidmətə verilməsi də istisna edilmir. Bununla büdcəyə ciddi şəkildə qənaət edilmiş olacaq. Sözügedən qurumlarda kütləvi ixtisarların olacağı da istisna edilmir. Onların ayrı-ayrılıqda fəaliyyətinin israfçılığa səbəb olması özünə yaxın qurumlarla birləşdirilməsinə zərurət yaradıb. Struktur islahatları sonrakı mərhələlərdə də davam edəcək. Xərclərin optimallaşdırılması və idaretmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir. Bu baxımdan ciddi sosial və iqtisadi əhəmiyyət kəsb edir. Bu da ölkənin idarə olunmasına töhvəsini verəcək. Neftin ucuzlaşması və kəskin devalivasiya bu istiqamətdə işlərin daha sürətlə getməsinə takan vermiş olub. Dövlət idarəetmə xərcləri kəskin formada azaldılmalıdır. Hökumətin bir sıra strukturları ixtisar olmalıdır. Bəzi nazirliklər birləşdirilməlidir. Bu bir neçə istiqamətdə davam edən proses olmalıdır. Bu islahatlar qaçılmazdır.

Politika.Az

11:14