Hakimiyyətdən icra başçılarına şok tələb: RİH-lərdə ixtisarlar başlanır

2017-ci ilin yanvar ayından icra hakimiyyəti strukturlarında ixtisarlara başlanılır. Bu barədə verilən məlumata görə, hökumətin qənaət rejiminə keçid etməsi dövlət aparatı orqanlarında ixtisarları labüd edib. Hökumət rayon icra hakimlərinə yanvardan ixtisarlara başlamağı göstəriş verib. Hazırda RİH-lərdə xeyli sayda əməkdaşlar var ki, hər hansı bir iş görmürlər, maaş alırlar. Onların əksəriyyəti gününü kompüter qabağında keçirir. Hətta adı ştatda olan, maaşı rəhbər şəxslərə çatanlar var. Hakimiyyət qəti şəkildə tapşırıq verib ki, israfçılığa son qoyulsun və tam şəffaflığa keçilsin, izafi xərclər azaldılsın. Ona görə də icra hakimiyyətlərində ixtisarlar başlanacaq.

Neftin dünya bazarında kəskin ucuzlaşması respublikamıza daxil olan valyutanın bir neçə istiqamət üzrə azalmasına səbəb oldu. Uzun müddətli bu proses bütün ölkələrdə olduğu kimi Azərbaycana da təsirsiz ötüşmədi. Hər yerdə ixtisarlar, idarəetmənin optimallaşdırılması artıq RİH-də işləyən vəzifəlilərə də şamil edilməsi üçün nəzərdən keçirilir. Bir müddət əvvəl RİH başçılarının Aqrar Məsələləri üzrə müavini vəzifələrinin ləğv edilməsi də deyəsən, son deyil. Lazımsız ştatların ləğvi mümkünləşəcək, bir-birini təkrarlayan şöbələr birləşdiriləc. Bununla beləRİH-də referent, təlimatçı vəzifələrində çalışan şəxslərin ixtisar olunacağı, yaşı 65-ə çatan şöbə müdirilərinin təqaüdə göndəriləcəyi istisna olunmur. RİH-də onlarla lazımsız vəzifələrdə şəxslər çalışır ki, onların dövlətə bir faydası yoxdur.
Rayon idarəetməsində nəzərə çarpmayan belə vəzifə sahibləri bir tərəfdən dövlətə iqtisadi yük, digər tərəfdən rayon təşkilatlarına, sahibkarlığa maneədirlər. Heç bir iqtisadi səmərəsi olmayan belə vəzifələrin ləğv edilməsi, vəzifəlilərinin ixtisara salınması neftin qiyməti dünya bazarında 100 dollar olsa belə məqsədəuyğundur. Ölkə başçısının 10 yanvar 2016-cı il Nazirlər Kabinetinin iclasında haqlı olaraq vurğuladı ki, vəzifəsi bir-birini təkrarlayan ştatlar ləğv edilməli, struktur islahatları aparılmalıdır.

Politika.Az

18:30