Hafiz Paşayev: Ümummilli Liderin fəaliyyəti Azərbaycanı firavan ölkəyə çevirməyə istiqamətlənmişdi

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti Azərbaycanı firavan ölkəyə çevirməyə istiqamətlənmişdi. O, demokratiyanın əhəmiyyətini və dəyərini heç vaxt unutmurdu”.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransın açılışında bildirib.

O qeyd edib ki, bu cür konfranslar geosiyasətdə mövcud tendensiyaların müzakirəsi üçün mühüm platformadır.

Azərbaycan iqtisadiyyatının güclənməsində və inkişafında Ulu Öndərin rolundan danışan H.Paşayev deyib: “Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf etməyə başlayıb və bütün çətinliklərin öhdəsindən gəlib. Heydər Əliyev geosiyasətdə böyük qələbələr qazanıb”.

ADA Universitetinin rektoru vurğulayıb ki, Cənubi Qafqaz və Xəzər dənizi regionu zəngin enerji resurslarına malik olduğuna görə hər zaman geosiyasi baxımdan diqqət mərkəzində olub. Azərbaycanın “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi qlobal enerji layihələri isə Avrasiya regionunda gələcək əməkdaşlıq üçün yol xəritəsini formalaşdırıb.

Xudaferin.eu

16:35