Hadrut Azərbaycan Ordusuna elə üstünlük verdi ki... - ekspert şərhi

Ermənilər Hadrutu niyə itirmək istəmirdilər?

Oktyabrın 9-da Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Hadrut qəsəbəsinin itirilməsi ilə barışmayan Ermənistan rəsmiləri bir neçə gün ərzində bu faktı inkar etməyə çalışdılar. Nəhayət, dünən Dağlıq Qarabağdakı qondarma qurumun rəhbəri Araik Arutunyan dünya ermənilərini köməyə çağıran müraciətində şimal və cənub cəbhəsində Azərbaycan Ordusunun müdafiə xəttini yararaq irəliyə doğru hərəkət etdiyini etiraf edib.

Hadrut qəsəbəsi niyə ermənilər üçün bu qədər əhəmiyyətli idi? Nəyə görə onlar az qala bütün dünyaya yalvarıb əldə etdikləri humanitar atəşkəsi pozaraq oranı geri almağa cəhd etdilər?

Qeyd edək ki, Hadrut Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində qəsəbədir. Lakin Dağlıq Qarabağdakı qondarma qurum onu eyni adlı rayonun mərkəzi kimi qeyd edir.

Hadrut Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 1939-cu ilədək Hadrutun adı Dizaq olub. Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşir. XIX əsrdə Ağoğlan kimi qeydə alınıb. 10 sentyabr 1939-cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb.

Qəsəbənin adı İran dillərindəki ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, “iki çayın arası” mənasındadır. Qəsəbənin adı fars dilində “hədi dü rud”, yəni “iki çay arası” mənasına gəlir.

Azərbaycanın çayları - Azərbaycan Coğrafiya Cəmiyyəti

Qəsəbənin iki tərəfindən Güneyçay və Quzeyçay çayları axır. Onlar qəsəbənin aşağı hissəsində birləşərək Qozluçay çayını yaradırlar. 

Yaşayış məntəqəsi hər tərəfdən yüksəkliklərlə əhatə olunub. Hadrut dərəsində yerləşən qəsəbənin ətrafında bir-birindən 1-1,5 kilometr aralıqla 10 kənd yerləşir.

İşğaldan azad olunan Hadrut ermənilər üçün hansı əhəmiyyət kəsb edirdi?

Əvvəllər Hadrut qala divarları ilə əhatə olunubmuş. Bu divarların bir hissəsi indi də qalır. Ermənilər Hadrutu Dağlıq Qarabağın giriş qapısı hesab edirlər. Bildirirlər ki, Hadrutdan Füzuli, həmçinin Şuşa və Xankəndinə birbaşa yol açılır.

Sovet dövründə - 1970-ci ildə Hadrutda yaşayan 2082 nəfərin 1845-i erməni, 137-si azərbaycanlı olub. 1989-cu il SSRİ siyahıyaalınmasının nəticələrinə əsasən Hadrut əhalisinin sayı 2614 nəfər göstərilib. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən siyahıyaalmada qəsəbədə 2770 nəfərin yaşadığı göstərilib.

Qubad İbadoğlu: “Səhiyyə necə inkişaf edib ki, hər il 1 milyon xəstə İrana  müalicəyə gedirdi?” » Toplum.tv Azərbaycanda özəl xəbərlər, araşdırmalar,  təhlillər və müsahibələrin tək ünvanı

İqtisadçı-alim, əslən Füzuli rayonundan olan Qubad İbadoğlu Hadrutun Azərbaycan Ordusunun irəliləməsi üçün mühüm əhəmiyyətə malik olduğunu deyir: “Hadrutun relyefinə və coğrafi yerləşməsinə yaxşı bələd olan biri olaraq bildirmək istəyirəm ki, bu qəsəbə dərənin, vadinin sonunda yerləşən yaşayış mərkəzidir. Ora nəzarətin ələ keçirilməsi hərbi strateji baxımdan əhəmiyyətlidir. Burada olanda hətta Məlikcan yüksəkliyi də ermənilər üçün əhəmiyyətini itirir.

Hadrutdan və onun ətrafında olan yüksəkliklərdən daha aşağıda yerləşən Xocavənd və Füzuli rayonlarının bir sıra kəndlərini (Qozluçay dərəsini və Cəbrayıldan Füzuliyə doğru olan kəndləri) Azərbaycan Ordusunun nəzarətində saxlamaq mümkündür".

Azad İsazadə: “İnsanlar rəqəmləri eşitmək istəmirlər”

Hərbi ekspert Azad İsazadə də bildirir ki, Hadrut rayonunun çox strateji əhəmiyyəti var: “Çünki Hadrut bir tərəfdən Şuşa, bir tərəfdən Xankəndi, bir tərəfdən Laçın və Xoçavənd şəhəri ilə sərhəddir”.

Qeyd edək ki, ermənilərin Hadrutu əldən vermək istəməmələrinin səbəbi qəsəbənin azad olunmasından sonra baş verən proseslər nəticəsində daha aydın görünür. Belə ki, Hadrut  və onun ətrafındakı yüksəkliklərə nəzarəti əldə edən Azərbaycan ordusu bu üstünlükdən istifadə edərək digər ərazilərimizi də azad ediblər. Bunlar Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtürk, Təkə və Tağaşer, Füzuli rayonunun Qaradağlı, Xatunbulaq və Qarakollu kəndləridir.

xudaferin.eu

12:00