Haçiyoci Festivalında Azərbaycan böyük marağa səbəb olub
Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olub. Festivalda çıxış edən şəhər bələdiyyəsinin sədri Takaşi İşimori iştirakçıları salamlayıb. Bildirib ki, bu şəhərdə yaşayan Azərbaycan, Seneqal, Səudiyyə Ərəbistanı, Hindistan, Pakistan, Qana, Tailand və digər ölkələrin nümayəndələrinin qatıldığı festival bu xalqların bir-birinin mədəniyyətini, adət-ənənələrini, dilini öyrənmək, sıx qonşuluq və dostluq münasibətləri qurmaq baxımından əhəmiyyətlidir.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, “İRS-İsan” jurnalının nömrələri təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Mərkəzin sədri, elektronika sahəsində tanınmış alim Xəlil bəy Kələntər və təşkilatın üzvləri Azərbaycan, onun coğrafi mövqeyi, müstəqilliyi bərpa etdikdən sonra əldə edilən uğurlar barədə ziyarətçiləri ətraflı məlumatlandırıblar. Azərbaycan stendini ziyarət edən Haçiyoci şəhərinin meri T.İşimori təqdim edilən eksponatları yüksək qiymətləndirib.
Festivalda Haçiyoci şəhərinin Yokokava məktəbinin şagirdi Şu Takada Azərbaycan haqqında ingilis dilində çıxış edib. Ölkəmizin qazandığı nailiyyətlər, burada keçirilən idman və mədəniyyət tədbirlərindən danışıb. Birinci Avropa Oyunlarının məhz Bakıda keçirildiyini xüsusi vurğulayıb.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin üzvü Aqşin Bədəlbəyli festival çərçivəsində keçirilən təqdimatında bu il Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünün qeyd edildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, ötən dövrdə iki ölkə arasında sıx dostluq və əməkdaşlıq əlaqələri formalaşıb. Böyük uğurlara imza atan Azərbaycanın beynəlxalq aləmin ayrılmaz parçasına, siyasi və iqtisadi sahədə etibarlı müttəfiqə çevrildiyini söyləyən A.Bədəlbəyli ölkəmizin dünyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib. Vurğulayıb ki, Azərbaycan bu gün beynəlxalq tədbirlərin, mədəniyyət festivallarının və idman yarışlarının yüksək səviyyədə təşkil olunduğu mərkəzə çevrilib. 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayan diaspor fəalı Azərbaycanın, eyni zamanda, tolerant, müxtəlif dinlərin dostluq şəraitində yaşadığı nümunəvi ölkə olduğunu bildirib.
Noyabrın 12-də Azərbaycanda Ana Yasa Gününün qeyd edildiyini bildirən A.Bədəlbəyli ölkəmizdə hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində əldə edilən nailiyyətlərdən də danışıb. Festival çərçivəsində təşkil edilən fotomüsabiqədə X.Kələntərlinin təqdim etdiyi fotolar ikinci və dördüncü yerləri tutub.
Festival iştirakçıları və qonaqlar Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd ediblər.

Xudaferin.eu
"Uzaq Doğu Bürosu"
10:26
Digər xəbərlər