Haaqa Beynəlxalq Hüquq Akademiyasının tələbələrinə Qarabağdakı quruculuq işlərindən danışılıb

Azərbaycanın Niderland Krallığındakı səfirliyində Haaqa Beynəlxalq Hüquq Akademiyasının tələbələri ilə görüş keçirilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşı, BMT-nin beynəlxalq hüquq üzrə təqaüd proqramının iştirakçıları da görüşdə iştirak ediblər.

Görüşdə Azərbaycan, eləcə də Qarabağda bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan quruculuq işlərini əks etdirən video nümayiş olunub.

Səfir Fikrət Axundov çıxış edərək, Azərbaycanın tarixi, siyasəti və mədəniyyəti haqqında geniş məlumat verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun torpaqlarımızı erməni işğalından azad etməsindən danışıb, azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərindən söz açıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Şəhla Ağalarova

Xudaferin.eu

23:19