Gürcüstanda məmurlara şəxsi maşınlar qadağan olunacaq

Gürcüstanın yeni baş naziri Mamuka Baxtadze dövlət idarələrinin və müəssisələrinin duracaqlarında fərdi avtomobillərin olmasının “qəti şəkildə yolverilməz olduğunu” bildirib.

Xudaferin.eu xəbər verir ki, bu haqda “İnterfaks” məlumat yayıb.

“Hökumətin gələn iclasında mən mütləq,  təkcə “ciplərə” aid deyil, bütünlükdə avtoparklara xüsusilə fərdi avtomobillərə aid yeni təşəbbüs irəli sürəcəyəm”, - deyə Baxtadze vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl onun sələfi Qeorqi Kvirikaşvili də oxşar təşəbbüslə çıxış edərək, hökumət nümayəndələrini “qara ciplər dövrünü” keçmişdə qoymağa və digər, müxtəlif rənglərdə olan xidməti avtomobillərə əyləşməyə səsləmişdi.  Onun fikrincə qara rəng artıq gözü qıcıqlandırır.

Xudaferin.eu

11:50