Gürcüstanda “Azərbaycan qadını” adlı filminin çəkilişlərinə başlanılıb.

 

2008-ci ildə Gürcüstanda baş verən müharibədə real hadisələrdən bəhs edən filmin əsas süjet xəttini azərbaycanlı qadının xüsusi qəhrəmanlıq göstərərək uşaqları xilas etməsi təşkil edir. Ssenari müəllifi Mehman İsgəndərov, rejissoru Georgi Kikaleişvili olan filmdə azərbaycanlı və gürcü aktyorlar rol alıblar. Ekran əsərinin qəhrəmanı olan azərbaycanlı qadın hazırda həyatda olmasa da, onun yaratdığı həyat hekayəsi izsiz itməməli və gələcək nəsillərə ötürülməlidir.

Gürcüstanda baş verən müharibənin dəhşətlərindən qorxuya düşən insanlar, xüsusən də uşaqlar müxtəlif yerlərə qaçırlar. Müharibənin ağrı-acısının dəhşətlərinin şahidi olmuş azərbaycanlı qadın tapdığı evsiz gürcü uşağını himayəyə götürür və onu Gürcüstana qaytarmağa çalışır. Xocalı soyqırımının dəhşətlərini görən qadın, həm də yaxşı başa düşür ki, özgə uşağı olmur. Bir sözlə, “Azərbaycan qadını” filmi müharibənin ağrı-acısı ilə yanaşı, insanlara gürcü və Azərbaycan xalqları arasındakı möhkəm dostluğun olduğunu xatırladır. Filmin premyerası avqustun 8-nə nəzərdə tutulub.

 

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

 

22:47