Gürcüstanda aksiyalar... - Azərbaycanlılar etiraza başladı

Bu gün Tiflisdə Parlamentin qarşısında Gürcütanda yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər.

Xudaferin.eu-nun verdiyi xəbərə görə, azərbaycanlılar Xocalı soyqrımının qatillərindən olan erməni Mixail Avaqyana Gürvüstanda abidə ucaldılmasına etiraz ediblər.

Aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.

Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da bu aksiyada iştirak ediblər.

Etirazçılar əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutublar. Onlar bildiriblər ki, Mixail Avaqyana büstün qoyulması Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək məqsədilə ermənilərin həyata keçirdiyi növbəti təxribatdır.

Qeyd edək ki, 2019-cu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra" ləqəbli terroçu Mikail Avaqyana abidə qoyulub.

Azərbaycanlıların etirazına isə Nərimanovun Marneulinin mərkəzindəki heykəlinin götürüləcəyi ilə təhdid ediblər.

Xudaferin.eu

14:27