Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradılır

 

Bu barədə “XUDAFERİN.EU”ya Gürcüstan parlamentinin deputatı Tamaz Naveriani verdiyi açıqlamada deyib.
 

O bildirib ki, "Azərbaycan bizim strateji tərəfdaşımızdır. İki ölkənin parlamentləri arasında dostluq qruplarının yaradılması qarşıda duran əsas məqsədlərdən biridir. Azərbaycan parlamentində belə bir qrup var. Gürcüstan parlamentində bununla əlaqədar iş gedir və tezliklə belə bir qrup fəaliyyətə başlayacaq”.

“İnanıram ki, parlamentlərarası dostluq qrupları təkcə qanunverici orqanlar arasında deyil, bütövlükdə dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq” - deyə, Naveriani vurğulayıb.

Parlamentin digər deputatı Ruslan Hacıyev də belə bir qrupun yaradılmasını vacib sayır. O deyib ki, Gürcüstan parlamentində prosedur məsələlər başa çatıb. Qanunlar paketi, xarici siyasət kursu və s məsələlər artıq öz həllini tapıb. Hazırda bir sıra məsələlər, o cümlədən Azərbaycan parlamenti ilə dostluq qrupunun yaradılması ilə bağlı məsələ müzakirə olunur. Tezliklə dostluq qrupu yaradılacaq.

R.Hacıyev hesab edir ki, parlamentlərarası dostluq qruplarının yaradılması, deputatların mütəmadi səfərləri təşkil olunmalı, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi, parlamanetlərarası beynəlxalq qurumlarda birgə əməkdaşlıq iki dost və qardaş ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

 

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

 

09:00