Gürcüstan parlamenti orta məktəblərdə buraxılış imtahanlarını ləğv edib

Gürcüstan parlamenti orta məktəblərdə buraxılış imtahanlarının ləğvi ilə bağlı hökumətin təşəbbüsünü dəstəkləyib.

Xudaferin.eu xəbər verir ki, layihə aprelin 5-də səsvermədən keçməmişdi. Bu gün layihə üçüncü oxunuşda yenidən səsverməyə çıxarılıb. Deputatlardan 80 nəfəri qanun layihəsinin lehinə, 8-i isə əleyhinə səs verib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda orta məktəblərdə buraxılış imtahanları 11-ci və 12-ci siniflərdə keçirilirdi. “Ümumi təhsil haqqında” qanun qüvvəyə mindikdən sonra şagirdlərin attestat alması qaydaları da dəyişib. İndi attestat almaq üçün şagirdlər bütün fənlər üzrə 10 ballıq sistemlə 5 baldan çox qiymət almalıdırlar.

Maraqlıdır ki, bu qanun əvvəlki illərdə buraxılış imtahanlarından kəsilən şagirdlərə də tətbiq olunacaq. Belə ki, əvvəlki illərdə bütün fənlərdən 5 və daha çox bal toplayan şagirdlər də attestat ala biləcəklər.

Xudaferin.eu

17:08