Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığından yazır

Gürcüstanın aparıcı informasiya portalları Prezident İlham Əliyevin Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsindəki fikirlərinə geniş yer verib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, interpress.ge, 24news.ge və aktual.ge portallarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığı, xüsusən də “Qisas” əməliyyatının əhəmiyyəti barədə fikirləri yer alıb.
Materiallarda dövlətimizin başçısının qonşu ölkələrlə əlaqələrə verilən önəm, həyata keçirilən yeni layihələr, Azərbaycanın dünyada qazandığı hörmətlə bağlı səsləndirdiyi fikirləri əks olunub.

Xətayi Əzizov
Xudaferin.eu

15:41