Gürcüstan KİV-ləri Prezident İlham Əliyevin Rusiyaya səfərini geniş işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 11-də Rusiyaya səfəri, keçirilən görüşlər Gürcüstan KİV-lərinin diqqət mərkəzindədir.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, Gürcüstanın report.ge, interpres.ge, dalgatv.ge, aktual.ge, interpressnews.ge, 24news.ge, palitranews.ge, news.ge informasiya portalları Moskvada keçirilən görüşlər barədə oxuculara silsilə materiallar təqdim ediblər.

Materiallarda görüşlərin və imzalanmış üçtərəfli Bəyanatın əhəmiyyəti barədə məlumat verilir.

Xudaferin.eu

 

11:15