Gürcüstan ilk qadın prezidentini seçdi: 59,52 faiz səslə

Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 100 faizi hesablanıb. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı məlumat Gürcüstan Seçki Komitəsi Mərkəzinin saytında yerləşdirilib. 

Məlumatlara əsasən, prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçkilərdə qalib gəlib. O, səslərin 59,52 faizini qazanıb. 

Onun rəqibi, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,48 faizinə sahib olub. 

Zurabişviliyə 1,14 milyondan çox seçici, Vaşadzeyə isə 778 min seçici səs verib. 

Xudaferin.eu

17:34