Gürcü-erməni qarşıdurması

Ermənilər saxta qəhrəmana heykəl qoyduqları üçün gürcülər onlara qızdılar

Gürcüstanın Samtsxe-Cavaxetiya (Ahısqa) vilayətində 1990-cı illərdə Qarabağ Savaşı zamanı bölgədən döyüşə gedən erməni könüllü silahlı dəstəsinin üzvlərindən biri olan Mixail Avakyanın xatirəsinin əbədiləşdirilməsi üçün Axalkələki rayonunun Buqaşen kəndində onun heykəlinin açılışı olmuşdur. Heykəlin qırmızı lentinin kəsliməsində Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan şəxsən bu mərasimdə iştirak edibdir. Beləliklə Tiflisdəki Azərbaycan səfirliyi dərhal bu xoşagəlməz hadisəyə reaksiya verərək kəskin notlarla öz iradəsini ortaya qoyubdur. Demək olar ki, Gürcüstanda yaşayan soydaşlarımıza məxsus bütün sosial şəbəkələr dərhal hərəkətə keçərək öz etirazlarını bildiriblər. Yaranmış şəraitdən çıxış nöqtəsi arayan Gürcüstan hökuməti hələ ki, ehtirasları səngitmək üçün sükut içindədir.

Qeyd edək ki, Mixail Avakyanın xatirə abidəsinin açılışı 20 yanvar tarixində olmuşdur. Abidənin hazırlanması üçün bütün məsrəfləri isə, özünü yerli mesenat adlandıran Qaqik Avakyan adlı birisi ödəmişdir. Abidənin açılışı törənində Ermənistanın səfiri Ruben Sadoyanla bərabər Gürcüstan parlamentinin erməni mənşəli deputatları Ənzəl Mkoyan və Samvel Manukyan, hakimiyyətdə olan “Gürcü Arzusu Partiyası”nın rəsmiləri, yerli özünüidarə orqanlarının nümayəndələri iştirak etmişlər. Axalkələki rayonun meri Yurik Unanyan və rayon bələdiyyəsinin sədri Nairi İritsyan da bu tədbirdə iştirak ediblər.
Səfir Ruben Sadoyan abidənin qırmızı lentini kəsməmişdən öncə çıxış edərək belə deyib: “Mixail Avaqyan əsil vətənpərvər bir insan idi. Belə vətənpərvərlər Qarabağ uğrunda canlarından belə keçiblər. Ona görə də biz bu müharibədə qələbə çala bildik. İndi onun əziz xatirəsini əbədiləşdirmək üçün bu mərasimə toplanmışıq”.
Qeyd edək ki, Buqaşen kəndinin sakinin Mixail Avakyan “Kobra” ayaması ilə Qarabağda əlində silah Azərbaycanın torpaqlarının işğalında yaxından iştirak edibdir. 1994-cü ildə döyüşlərin birində aldığı güllə yarasından yerindəcə ölübdür. 

P.S. Axalkələki rayonunun meri Yurik Unanyan gözlənilən təpkiləri önləmək üçün belə bir açıqlama veribdir: “20 yanvar 2019-cu il tarixdə Buqaşen kəndində Mixail Avakyanın xatirə abidəsinin açılış törəni əslində bir simvolik hadisədir. Bu abidə 1994-cü ildə qoyulubdur və sadəcə onu yenidən bərpa etdik. Həm də yerli kənd əhalisinin istəyini nəzərə alaraq, 20 yanvar tarixində yenidən açılış mərasimini keçirdik”.  

Son məlumata görə Gürcüstanda yaşayan soydaşlarımız paytaxt Tiflisdə ermənilərin belə bir provakasiyaya cavab vermək üçün etiraz mitinqi keçirməyi planlaşdırıblar. Həm də bu abidənin götürülməsini, Gürcüstan-Ermənistan münasibətlərində belə bir addımın atılmasına qətiyyən yol verilməməsi məsələsi gündəmə gətiriləcəkdir. Bununla yanaşı, soydaşlarımız Gürcüstan-Azərbaycan münasibətlərinin Ermənistandan fərqli olaraq daha çox starteji mənada əlaqələrin inkişafına xələl gətirilməsin deyə, abidənin dərhal qaldırılmasını tələb edəcəklər.  

Xudaferin.eu

20:01