“Günlərdən şeir” layihəsinin növbəti tədbiri keçirilib

 

 

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq Kitabxana”da Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə “Günlərdən şeir” layihəsinin dördüncü tədbiri keçirilib.

 

Layihənin növbəti qonağı AYB-nin üzvləri, tanınmış gənc şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn olub. AYB-nin mətbuat katibi Xəyal Rza çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, bu cür görüşlərin oxucular üçün xüsusi önəm daşıdığını qeyd etməklə yanaşı, layihə çərçivəsində növbəti silsilə şeir günlərinin keçiriləcəyini də vurğulayıb. Gənc şairlər tərəfindən şeirlər səsləndirilib, oxucuların sualları cavablandırlıb. Sonda şairlərin imzalı kitabları Milli Kitabxanaya və oxuculara təqdim edilib.

Xudaferin.eu

09:08