Güney Koredə rüşvətxor prezidentin impiçmentindən sonar etirazçıların bayramı
Güney Koredə onminlərlə başkənd Seulun küçələrinə çıxaraq prezident Park Gin Henin impiç olunmasını bayram ediblər. Artıq ardıcıl 7-ci həftədir güney koreyalılar həftə sonu başkənd küçələrinə çıxır. Ancaq bugünkü nümayiş əvvəlki 6 həftədəkindən fərqlənib. Bu gün insanlarda sevinc, bayram əhval-ruhiyyəsi açıq-aşkar müşahidə edilib.
Prezident Park Gin Hen məcbur olaraq bunları açıqlamışdır: Mən dərin hüznlə Milli Assambleyanın və xalqın səsini qəbul edirəm və səmimi qəlbdən arzu edirəm ki, bu böhran yaxşı sonluqla başa çatsın”.
Onun bu açıqlamasına və səmimi etirafına baxmayaraq, nümayişçilər arasında Parkın dərhal hakimiyyətdən uzaqlaşdırılmasını tələb etməkdə israrlı olduqlarını bildirmişlər. İndi Konstitusiya Məhkəməsinin impiçment addımının legitimliyini nəzərdən keçirmək üçün 6 ayı var. Məhkəmə təsdiq etsə, yeni prezident seçkiləri qərar çıxarılandan 2 ay ərzində keçirilməlidir. İmpiçmentin ardından prezident Park Mavi Evdə Kabinet üzvləri ilə görüşüb və daha sonra onun adından bəyanat açıqlanıb.
"Mən dərin hüznlə Milli Assambleyanın və xalqın səsini qəbul edirəm və səmimi qəlbdən arzu edirəm ki, bu böhran yaxşı sonluqla başa çatsın" - deyə Park bildirib.
Park istefa verməyəcəyini bildirsə də, demişdi ki, o, impiçment səsverməsinin nəticələri əməl edəcək. Güney Koreya qanunvericiləri cümə günü milyonlarla dollarlıq qalmaqalla əlaqələndirilən ölkənin ilk qadın prezidenti Park Gin Henin impiçmentinə səs verib. Prezidentin qeyri-korrupsioner imici onun uzun zaman dostu olmuş Çhoi Sun Sil tərəfindən məhv edilib. Çhoi Parkla münasibətlərindən istifadə edərək Koreya konqlomerlərini iki şübhəli fonda 65 milyon dollar ianə etməyə məcbur edib. 300 yerli parlamentdə Milli Assambleyanın 234 üzvü onun impiç edilməsinə səs verib. Bu isə səslərin üçdə ikisindən də çoxu deməkdir. Parkın hakimiyyəti əlindən alındığına görə səs vermədən sonra hökumətə müvəqqəti baş nazir Hvanq Kyo Ahn başçılıq edəcək.

Xudaferin.eu
13:19
Digər xəbərlər