Güney Koredə prezidentin impiçmentindən sonra nümayişlər davam edir

 

Güney Koredə prezidentin impiçmentindən sonra nümayişlər davam etməkdədir. Sabiq prezident Pak Kın-He isə sükutunu saxlamaqdadır.

Güney Korenin Ana Yasa məhkəməsi dünən prezident Pak Kın-Henin impiçment qərarını qüvvədə saxlayıb. Ana Yasa qanunlarına görə yeni prezidentin seçkisi 60 gün ərzində keçirilməlidir. Rəy sorğuları göstərir ki, yeni prezidentin seçilməsi Güney  Korenin siyasi oriyentasiyasını dəyişə bilər. Prezidentin impiçmenti barədə qərara Ana Yasa Məhkəməsinin 8 hakimi yekdilliklə səs verib.

Korrupsiya hallarının Samsung kimi şirkətləri, habelə dünyada üçüncü olan Güney  Kore pensiya fondu və universitetlərə qəbulla bağlı olduğu bildirilirdi. Təhlilçilər impiçmentin bütün region üçün mürəkkəb vaxtda baş verdiyini bildirir. Quzey Korenin nüvə sınaqları ilə bağlı onun “cəzalandırılması” məqsədilə Amerikanın THAAD antiraket batareyasının Şimali Koreyada yerləşdirilməsi qərarı Çinin etirazlarına səbəb olub.

Dünya xəbər agentlikləri bildirirlər ki, impiçmentə səbəb olan qalmaqal hətta Güney  Korenin təlatümlü demokratiya tarixində də misilsizdir. Pakın on minlərlə tərəfdarı və opponentləri məhkəmə qarşısına toplaşaraq, nümayişlər təşkil edib. 21 min polis qüvəsi qarşıdurmalara cəlb edilib. Ərazidə nəqliyyatın hərəkətinə maneələr törədilib. Qarşıdurmalar zamanı 3 nəfər həyatını itirib. Son rəy sorğularına görə, ölkə əhalisinin 79 faizi Pakın impiçmentinə dəstək nümayiş etdirib.

Amerikaninsesi.org

08:48