Güney Kore və ABŞ dənizdə geniş hərbi təlimlərə başlayır

 

Güney Kore ölkənin şərq sularında ABŞ ilə birgə dörd günlük geniş hərbi təlimlərə başlayır.

Təlimlərə hər iki ölkədən hərbi dəniz qüvvələrinin geniş kontingenti, o cümlədən ABŞ-ın “Ronald Reyqan”, “Teoder Ruzvelt” və “Nimitz” hərbi təyyarədaşıyan gəmiləri, “Aegis” çoxfunksiyalı informasiya-idarəetmə sistemi ilə təchiz olunan 11 ABŞ gəmisi və Güney Korenin 7 döyüş gəmisi cəlb olunub. Bu, ABŞ-ın 3 təyyarədaşıyan gəmisinin cəlb olunduğu nadir təlimlərdən biri, Güney Kore ilə isə ilk təlimdir.

Güney Kore Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına əsasən, təlimlər Quzey Korenin nüvə-raket təhdidlərinə qarşı birgə cavab tədbirlərini əhatə edir.

Xudaferin.eu

"Uzaq Doğu Bürosu"

 

10:26