Güney Kore Özbəkistan iqtisadiyyatına 9 milyard dollara yaxın sərmayə qoyacaq
Özbəkistan Prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçısı Şavkat Mirziyayev Cənubi Koreya Respublikasında rəsmi səfərdədir. Şavkat Mirziyayevin Güney Kore Prezidenti Mun Ce-in ilə görüşündə siyasi, ticari-iqtisadi, energetika, neft-qaz-kimya, maliyyə-bank, sərmayə qoyuluşu, elmi-texniki, tikinti, infrastrukturların inkişafı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi, beynəlxalq və regional problemlər ətrafında müzakirələr aparılıb.
Qeyd olunub ki, hazırda Cənubi Koreya Özbəkistanın ən böyük investorudur. Hazırda Özbəkistanda Güney Korenin kapitalının iştirakı ilə 461 müəssisə fəaliyyət göstərir. 2017-ci ilin oktyabr ayınadək mal mübadiləsinin həcmi 1,3 dəfə artaraq, 1,1 milyard dollara çatıb. Görüşün yekunu ilə bağlı bütün sahələri əhatə edən 75 sənəd imzalanıb.
Bildirilir ki, Cənubi Koreya Özbəkistan iqtisadiyyatına 8,9 milyard dollar həcmində sərmayə qoyacaq. Səfər çərçivəsində Özbəkistan-Güney Kore biznes forumu da keçirilib.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”
10:19
Digər xəbərlər