Güney Azərbyacan milli fəalı Həbib Sasanian aclıq eyləminə başladı

 

10 ay öncə saxtakarcasına casusluq ittihamı ilə Güney Azərbaycan Milli Hərəkatının fəalı Həbib Sasanian Ərdəbil vilayətində mollakratiya rejiminin “Ettelaat” cəza qüvvələri  tərəfindən nəzarət altına alınmışdır. Bunun ardınca milli fəal Həbib Sasanianın indiyə kimi mühakimə olunmadan ba.kənd Təbrizdəki mərkəzi zindanda saxlanılır. Ona görə də Həbib Sasanian etiraz olaraq aclıq eyləminə başlayıb.

 

Həbib Sasanian ötən gün həbsxana telefonundan ailəsini arayaraq suçsuz və qanunsuz yerə tutuqlu statusu ilə saxlandıqına etiraz olaraq aclıq eyəminə başladığını bildirib.

Xatırladaq ki Həbib bəy bir neçə ay bunan öncə Təbriz həpsxanasında göz ağrısı və qan təzyiqinin qalxmasından əziyət çəkdiyi üçün bir neçə dəfə huşunu itiribdir. Həbib bəyin halı bu neçə ayda neçə dəfə pisləşib. Onunla eyni həbsxanada saxlanılan digər məhbuslar yardımına gələrək milli fəalın həyatını qurtara bilmişlər. Hakim mollakratiya  rejimi bu məsələyə etinasız yanaşıbdır.

Mövcud mollakratiya rejiminin xüsusi cəza aparatı olan “Ettelaat” qüvvəlləri 2016 ci il may ayının 15-də 6 milli fəallar Həbib Sasanian, Həmid Siqqəti, Mehdi Cavadzadə, Babək Avənd, İsmayıl Əfxəmi və Yunis Rəhimi birlikdə Ərdəbildə tutuqlanıblar. Həbs edilən milli fəalların haqından keçən İyun ayında iranın ədliyyə qurumunun Doğu Azərbaycan vilayətindəki sorumlusu “Ayrılıqçı GAMO (Güney Azərbaycan Milli Ordusu) şəbəkəsinin 6 nəfərlik casus qrupu”nun həbs edildiyinə dair məlumat yayıbdır. Milli fəalları bir neçə gün bu yalan iftralardan sonra mühakiməsiz olaraq yerli “Ettelaat” idarəsindən rejimin Təbrizdəki mərkəzi zindanına köçürüblər. Həbib Sasanianın 2006-cı ildən milli fəaliyyətlərlə məşğul olduğunu və Türk dilində şeirlər və məqalələr yazdığını və Azərbaycan Milli Azadlıq Hərəkatının fəalları yaxşı bilirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

06:41