Güney Azərbaycanda tutuqlu milli fəallara dəstək kampaniyası böyüyür

 

İran mollakratiya rejiminin “İslam İnqilabı Məhkəmələrinin 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il sürgün cəzasına məhkum etdiyi Güney Azərbaycan Milli Hərəkatının 5 nəfər fəalına Türk Dilinin Hüquqları müdafiəçisinə görə sosial şəbəkələrdə dəstək kampanıyası başladılıb.
 

Qeyd edək ki, son vaxtlar Tehran vilayəti Baharistan şəhərinin “İnqilab Məhkəməsi” və daha əvvəl “Dünya Ana Dili Günü” münasibəti ilə keçirilən tədbirlərlə bağlı nəzarət altına alınmış 5 Türk Dilinin Hüquqları üzrə fəaliyyət göstərən fəallardan Əlirza Fərşi, Əkbər Azad, Siyamək Mirzayi, Behnam Şeyxi və Həmid Mənafini 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il ölkənin türk əhalisi olmayan bölgələrində sürgündə yaşamaq cəzasına məhkum edib.

Dəstək kampaniyasına qısa müddətdə Güney Azərbaycan və Tehrandan bir çox sosial media istifadəçisi qatılıb. “Telegram” sosial şəbəkəsi istifadəçilərindən bir qrup keçən günlər “Azərbaycan Milli Hərəkatının fəallarına qarşı ədalətsiz hökmlərə mədəni etiraz kampaniyası” başladaraq müxtəlif bölgələrdə yaşayan istifadəçiləri onların şəkillərinə göndərərək kampaniyaya qatılmağa çağırıblar.

Tehran və Güney Azərbaycan vilayətlərinin müxtəlif bölgələrindən olan istifadəçilər ağır həbs və sürgün cəzalarına məhkum olunan milli fəalların azadlığını tələb edən posterlər ilə bərabər çəkdikləri şəkillərini həmin məqsəd üçün açılmış “Telegram” kanallarında yayımlayırlar.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

06:29