Güney Azərbaycanda əkinçilərə Tehran rejiminin rəzaləti

Güney Azərbaycanda yığım vaxtından 4 aydan çox keçsə də, əkinçilər min zəhmətlə yetişdirib dövlətə satdıqları buğdanın pulunu ala bilmirlər. Məsələ ilə bağlı “Keşavərzi” bankı filiallarının ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən açıqlama yayılıb. Açıqlamaya görə, Güney Azərbaycanda məhsullarını dövlətə satan əkinçilərə tələblərinin sadəcə 18 faizi yəni 128 milyard tümən ödənilib, qalan 300 milyard tümən isə yığım vaxtından aylar keçməsinə baxmayaraq hələ də ödənilməyib. “Əkinçilərin qalan tələbi, dövlət büdcə ayırdıqdan sonra bank tərəfindən ödəniləcək” deyə açıqlamada vurğulanıb.

Məlumata görə, cari ildə Güney Azərbaycan əkinçilərindən toplam olaraq 7 trilyon 623 milyard riallıq buğda alınıb, oktyabrın 29-dək 6 min 340 milyard rialın ödənildiyi bildirilir. Qeyd edək ki, əkinçilərin dövlətə satdıqları buğdanın pulunu vaxtında ala bilməməsi məsələsi Güney Azərbaycanın bütün bölgələrində eyni problem yaşanır.
1925-1978-ci illər aralığında hakimiyyətdə olmuş Rza Pəhləvi və oğlu Məhəmmədrza Pəhləvi dönəmində olduğu kimi, 1978-ci ildən bu günə kimi hakimiyyətdə olan molla rejimi də Güney Azərbaycana qarşı eyni münasibəti sərgiləməkdədir. Belə ki, Güney Azərbaycanın kəndlərində hər zaman min bəhanələrlə insanların alın təri və zəhməti sayəsində başa gələn məhsulun parasını aylarla süni şəkildə süründürərək ödənilir. Bu siyasətin sayəsində Güney Azərbaycanın kəndliləri daim yoxsulluq ucundan minbir əzab və əziyyətləri yaşamaq zorunda qalırlar. Belə bir durumun sonucu olaraq, hər il yüzminlərlə insanlar məcbur olaraq İranın farslara məxsus bölgələrinə mühacirət edirlər. Beləliklə də zamanla onların ailələri və övladları da farslaşırlar. Paniranizm siyasətinin quluna çevrilirlər.

Xudaferin.eu         

13:22