Güney Azərbaycanda dəhşət saçan edam siyasəti

 

Ərdəbil şəhərində məhbuslar bayraq dirəyinə zəncirlənərək cəzalandırılır

Belə ki, mollakratiya rejiminə məxsus cəzaevlərində məhbusların əl-ayaqları qandallı şəkildə bayraq dirəyinə zəncirlənərək cəzalandırıldığına dair məlumat yayıb. Bu yöndə insan haqları qurumları açıq şəkildə bildirirlər ki, Ərdəbil zindanında artıq ənənə halı alıb.

Saxlanıldığı kamerada yatmaq üçün yer tapa bilməyən məhbus bu duruma etiraz etməsi səbəbilə cəzalandırılıb. Bu günlərdə oğurluq ittihamı ilə 3 il həbsə məhkum olmuş Behnam Əmirinin soyuq havada əl-ayağı qandallı şəkildə zindanın həyətindəki bayraq dirəyinə zəncirləndiyi bildirilir. Saxlanıldığı kamerada yatmaq üçün yer tapa bilməyən məhbus bu duruma etiraz etməsi səbəbilə cəzalandırılıb. Bundan öncə də bir neçə məhbus, özəlliklə də Afşin Zeynali, Abbas Əlipur və bəluç azlığına mənsub siyasi məhbus Məhəmməd Sabir Məlik Rəisinin həmin dirəyə zəncirləndirildiyini bildirib. Bəluç məhbus bir müddət öncə “Ərdəbil soyuğunda 14 saat bayraq dirəyinə zəncirlənərək cəzalandırıldığına” dair prezident Həsən Ruhaniyə açıq məktub ünvanlayıb.
Qeyd edək ki, İran mollakratiya rejimi orta çağ dönəmindən miras qalmış edam və cəzaların yeni növlərini kəşf edibdir. Bu yöndə isə əsas təcrübə məkanı da cəzaevləri seçilibdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu”

 

09:23