Güney Azərbaycan və erməni məsələsi

Güney Azərbaycan və erməni məsələsi - TƏHLİLTehran və İrəvan birgə hərəkət etmək qərarına gəliblər

II Yazı

Keçmiş Sovetlər Birliyi dönəmində Moskva və Tehran arasındakı gizli anlaşmaların nədəni olaraq İran üzərindən 1947-1949-cu illərdə 90 min nərəfə yaxın, eləcə də İraq, Suriya, Livan, Misir və digər Orta Doğu ölkələrindən 110 min erməni Ermənistana və Dağlıq Qarabağa yerləşdirilmişdir. Ermənilərin Gürcüstan, Azərbaycan və Dağlıq Qarabağa son köç dalğası 1960-cı illərin ortalarından 1970-ci illərin sonlarına kimi davam etmşdir. Bunun əsas səbəbi isə Fransa, ABŞ və Hindistandakı erməni strateji araşdırma mərkəzlərinin Sovetlər Birliyi və Batı dünyası arasında manevrlər etmək, parazitcəsinə özlərinin yaşam normalarını təmin etmək idi. Tehran “Hind-Avropa” tipli uydurma və mənasız ideologiyanın şərtləri içində Qafqaz və İran yaylası boyunca “paniranizm” və “panfarsizm”in əski sasani və əhəmənilik düsutunun izi ilə yeni inkişaf doktrinasını hədəf seçmişdi. Ermənilər və farsların eyni mənşədən olması bir yandan Batının, o biri yandan isə Rusiyanın maraqlarına tam uyğun sayılırdı. Ona görə ki, dünyanın antitürk siyasəti doktrinasının şərtləri içində güc olmanın tək yolu bu idi.

Məhəmmədrza Pəhləvi, mollakratiya və ermənilər

Ötən yüzilin 60-80-ci illərində Sovetlər Birliyi dışında dünyanın bütün sovetoloqları açıq şəkildə araşdırmalar apararaq qeyd edirdilər ki, “Şər imperiyası” istənilən anda dağla bilər. Kremlin antitürk doktrinası siyasəti olaraq tarixdə ilk dəfə olaraq süni şəkildə yaradılmış “Ermənistan”, “Dağlıq Qarabağ”, “Abxaziya”, “Güney Osetiya”, “Tacikstan”, “Moldova” tipli anklavların içində əsas təsir imkanı məhz ermənilərə məxsus olmuşdur. Bunun gerçək nədəni isə onların dünyanın istənilən sömürgəçi güclərinin yanında çox asanlıqla yer alması ənənəsidir. Bu prosesə, keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra, İran mollakratiya rejimi də qatılmışdır. Ona görə də, Güney Azərbaycanla ilgili iqtisadi, ticarət və maliyyə sektorunu İrəvanla uzlaşdırlması taktikası ortaya qoyulmuşdur. Belə ki, bu gün Güney Azərbaycanın başda başkənd Təbriz olmaqla, əsas dış gəlir qaynaqları birbaşa İrəvanla qurulub. Beləliklə Pəhləvilər xanədanlığı və indiki mollakratiya rejimləri mahiyyətcə bir-birini tamamlayan erməni siyasətini aparıblar. Rusiya və İran bir dövlət olaraq yerli aborigen toplumların milli haqlarını tanımamaq siyasətini aparsalar da, ölkə dışında onların strateji hədəflərində yer alan etnik bölücülük hədəflərinə açıq və ya gizli şəkildə dəstək vermişlər. Orta Asiyada Rusiyanın ən güclü dayağı kimi tanınan bölgə Tacikstandır. İran mollakratiya rejimi də “farsmənşəli” toplum strategiyasında bu kasıb öləkəni müdafiə edir. Qafqazda erməni və osetinlərin “ariya” etnoloji maraqlarında yer almasının sirri bundadır. Mehtər Rza Pəhləvi 1925-ci ildə İngiltərə və Sovetlər Birliyinin dəstəyi ilə sonuncu türk dövlət başçısı Əhməd Şah Qacar hakimiyyətdən devrilməklə iqtidara gətirilmişdi. Elə bunun ardınca fars şovinizmi və paniranizm dövlət siyasətinin ən ali dəyərinə çevrildi. Bunun adı isə “ariya”, yəni fars kökənli toplumların İran adlı yaylanın aborigen hesab edilməsi idi. Hindistandan köçmüş erməni, fars və digər onlarla eyni mənşəni paylaşan toplumları süni şəkildə üstün səviyyədə qaldırmaqla türkü inkar doktrinası dövlət siyasətinə çevrilmişdi. 1978-ci il 23 Bəhmən İnqilabı sonusu olaraq iqtidara gələn mollakratiya rejimi də bu prosesi davam etdirməkdədir. Pəhləvilər sülaləsi kimi, mollakratiya rejimi ermənilər üçün Tehran, İsfəhan, Yəzd və Şiraz universitetində ermənicə fakültə açmış, milli, dini və digər hüquqlarını tanıyır. Ermənistanla isə ən sıcaq ilişkilər çərçivəsində Qafqaz siyasətini düzənləmişlər.

Güney Azərbaycanı iqtisadi baxımdan Ermənistana birləşdirən hədəflər

Keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra, İran-Ermənistan ilişkiləri də güclənmişdir. Bu yöndə Suriya, Livan, Fələstin, İraq, Misir və digər Orta Doğu ölkələrindəki ermənilər Qarabağ savaşında Tehran üzərindən İrəvana könüllü birlikləri göndərmişlər. Bununla yanaşı, Tehran mollakratiya rejiminin nəzarətində olmaqla Orta Doğu erməni işadamları üçün münbit şərait yaradılmışdır. Çünki, Ermənistan üzərindən Tehranın dəstəyi ilə Orta Doğudakı qara bazarda Rusiyaya məxsus silah satışı beləcə böyük çevrəyə malikdir. Özəlliklə də terrorçu birliklərin silahlandırılması, bunun qarşılığında isə İrəvan vasitəsilə uyuşdurucu malların Şərqi Avropaya tranziti bu qarşılıqlı əməkdaşlığın gəlir mənbəyidir. Güney Azərbaycanın iqtisadiyyat sektorunun dolayı yolla Ermənistan bazarı ilə uzlaşım düzəni Tehran rejiminin başlıca hədəflərindən biri sayılır.
Hidrotexniki baxımdan “Xudafərin-Qız Qalası”, “Çiryurd”, “Nəhənd”, “Param”, “Uştula”, “Axar”, “Yamçı”, “Vanyar”, “Tac-Yar”, “Mərkid”, “Səhən” kimi projelər Məhəmmədrza Pəhləvi dönəmindən hazırlansa da, bütün bunları Qarabağ və onun ətraf bölglərinin erməni işğalından sonra gerçəkləşdirilməsinə start verildi. İldə üç milyon ton neft emal edən “Təbriz Neft Emalı” zavodunun istehsalı etdiyi neft mçəhsullarının (benzin, kerosin, dizel, sürtük yağları və s.) əsas alıçısı isə Ermənistan və Azərbaycanın işğal altında olan bölgələridir. Burada ermənilərin hərbi texnikaları məhz Güney Azərbaycandan daşınan neft məhsullarının sayəsində təchiz olunur. Təbrizdəki “Rakş Xodrou Dizel” zavodunun istehsalı olan yük maşınlarının ixracatında Ermənistan ilk sırada yer tutur. Xorasan vilayətinin Borcnurde şəhərinin istehsalı olan tibbi cövhərlərin və ammonyakın alışında Ermənistan ilk sırada yer tutur. Urmudakı zavodlarda hazırlanan sulfat ammiak, kristal melaminin, orta hesabla qida malları qismində 12 min ton, Təbrizdəki zavodların istehsalı olan benzol, etilen, buten, toluol, polistirol, stirol tozu, monomer, etil benzolu və digər mallar daha çox Ermənistana ixrac edilir. Beləliklə də illik bu iki dövlət arasında 300 milyon dollarlıq maliyyə dövriyyəsi var. Ermənistan bunun qarşılığında öz istehsalı olan mallarını Güney Azərbaycanın Təbriz, Mərənd, Urmu, Xoy, Ərdəbil, Meşkin, Səlmas, Qəzvin, Zəngan və digər şəhərlərinin bazarlarında satır. Ötən il oktyabrın 26-da İrəvanda mollakratiya rejiminin vitse-prezidenti Məhəmmədrza Rəhimi bildirmişdir ki, 2016-cı il üçün İran-Ermənistan ticarət dövriyyəsi 1 milyard dollar olması üçün xüsusi planlar hazırlanmışdır. Strateji baxımdan Ermənistan-İran neft terminalının, dəmir yolunun və Araz çayı üzərində Su Elektrik Stansiyasının inşası üçün anlaşamalar imzalanmışdır. Yeni anlaşmalara görə, Tehran rejimi Ermənistana təhsil, səhiyyə, heyvandarlıq sekrounun inkişafı üçün böyük miqdarda maliyyə ayırcaqdır. Bu layihələr Güney Azərbaycan üzərindən ortaq fəaliyyət düzəni ilə müşahidə olunmağa başlamışdır. Beləliklə də Güney Azərbaycanda hakimiyyəti idarə edən manqurt qafalı və kələmbaş əbalılar bütün bunları idarə etməklə, bölgənin məcburi şəkildə iqtisadiyyatının birbaşa Ermənistanla uzlaşdırılması taktikasını rəsmiləşdirməyə çalışır. Çünki, beləliklə Quzey Azərbaycana təsir imkanlarını da artırmış olur. Bu gün addım-addım pəhləvilərin 53 illik hakimiyyəti dönəmində Təbriz, Urmu və digər Güney Azərbaycan şəhərlərinin iri sənaye, ticarət, maliyyə və iqtisadi resursları necə ermənilərin nəzarətinə verilmişdirsə, bu gün həmin missiyanı dolayı yolla Ermənistanla bölüşmək taktikası müşahidə olunur.

Ermənistanla sınır taktikası

Tehrandakı mollakratiya rejiminin Güney Azərbaycanla ilgili digər siyasəti tədricən Ermənistanla sınır bölgələrində erməni əhalisinin sayını artırmaqdır. Çünki, bu prosesi rəsmiləşdirməklə, əslində dövlətin bütün iqtisadi və maliyyə düzəni tamamilə ermənilərin nəzarətinə keçəcəkdir. Bununla da Ermənistan və ermənilərin Güney Azərbaycanın iqtisadi resurslarına təsir imkanları yaradılacaqdır. Mollakratiya rejiminin hədəflərindən biri Ermənistanla sınır bölgəsində 70-90 minlik erməni əhalisini məskunlaşdırmaqdır. Onlara dövlətə məxsus ərazilərdən ayrıca torpaqların ayrılması üçün hazırlıqlar belə görülməkdədir. Bu məqsədlə İrəvanda “İran erməniləri şurası” adlı qurum da yaradılıb. Onlar “Ari tun” (vətənə dön) adlı proyekt əsasında Güney Azərbaycan-Ermənistan sınırlarında məskunlaşma proqramını hazırlamışlar. 1946-1948 və 1970-1976-cı illərdə toplam 40 erməni vətəndaşının İrandan Ermənistana köç etmələrini də nəzərə alaraq bu zümrədən istifadə etməyi hədəf seçmişlər. Bu məqsədlə İrəvandakı universitetlərdə 900 erməni mütəxəssis kimi təhsil alırlar. Mollakratiya rejiminin xeyirxahlığı sayəsində indi İranda 25 erməni orta məktəbi fəaliyyət göstərir və burada 45 min şagird təhsil alır. İran mollakratiya rejiminin “sınır taktikası” haqqında isə Tehranda ermənicə dərc olunan “Alik” qəzetinin hər sayında geniş araşdırma yazıları verilir. Ermənistana neft məhsulları ilə yanaşı, təbii yanacaq qazı həm də Dağlıq Qarabağ bölücü rejiminə ötürülür. Hal-hazırda İrəvanda 20 mindən çox İran vətəndaşı tərpənməz kapitala sahib çıxıb. Bu o demək deyil ki, Tehran rejimi İrəvanı nəzarətə almağa başlayıb. Əslində bütün bunlar ortaq projenin tərkib hissəsidir. Hətta bu hədəflərdə Güney Azərbaycanlı manqurtlarımız da yer alırlar. İrəvan beləcə mollakratiya rejiminin sayəsində turizm sektorunu da inkişaf etdirməkdədir. İrəvanda gecə barlarının gəlir mənbəyi İran vətəndaşlarının sayəsində mümkün olur. Onlara çox asanlıqla Ermənistan vətəndaşlığı pasportu da verilir. Erməni araşdırmaçılarının fikrincə, İrana loyal münasibətlərin sayəsində ölkə əhalisinin sayının 200-400 minə qədər artırmaq mümkündür. İrandan İrəvana köçüb gələn ermənilərə bir sıra güzəştlər də olunur. Onlar qanunla bir deyil, bir neçə qadınla evli olmaq hüququ da verilib.
İrəvan-Tehran münasibətlərinin bunca mülayim olmasının digər səbəbi Ermənistanın körfəz ölkələrinə yolunun açıq olmasıdır. Azərbaycanın işğal altındakı bölgələrindən təbii sərvətləri birabaş körfəz ölkələrinə satılması sayəsində bir yandan Erməniatanın büdcəsinə çox böyük miqdarda maliyyə axınları baş verir, o biri yandan isə müsəlman ərəb dövlətlərinin sənayesi inkişaf edir. Güney Azərbaycanla Ermənistan sınırlarının erməniləşdirilməsinin əsas sirri isə, mollakratiya rejimi üçün istənilən an hər hansı bir təhlükə gündəmə gəlmiş olarsa, o zaman burada məskunlaşdırılmış ermənilərin könüllü silahlı birlikərinin onlara dəstək verilməsini təmin etməkdir. 1914-1918-ci illərdə Güney Azərbaycanda erməni-kürd-aysor birliyi sayəsində İngiltərə, Fransa və Rusiyanın silah və maliyyə dəstəyi ilə türk əhalisinə qarşı baş vermiş soyqırımlarının tarixində da baş vermişdi. Qorxulu Tehran Güney Azərbaycan irəlidə daha təhlükəli və qorxulu oyunların bu gün təməlini qoymaqdadır. Hədəf Güney Azərbaycanın iqtisadi baxımdan Tehran və İrəvandan asılılığını rəsmiləşdirməkdir. Quzey Azərbaycanda yeni nəslin yabançı lada söykəmli düzəni olmaması isə Güney Azərbaycanın özümlü şəkildə inkişafı deməkdir. Bu anlamın qarşısının alınması üçün Tehran və İrəvan birgə hərəkət etmək qərarına gəliblər.

Ənvər BÖRÜSOY

11:24