Güney Azərbaycan millət vəkilləri alma mafiyasını ifşa etdi

 

Bu barədə İran mollakratiya rejiminin kənd təsərrüfatı nazirliyinə sual ünvladılar

 

Güney Azərbaycanın Urmu vilayətinin 11 millət vəkili təmsil etdikləri vilayətdə meyvə bazarının məhv edilməsi və alma mafiyası haqda parlamentə məktub yazaraq Kənd Təsərrüfatı Nazirliyinə sual ünvanlayıblar. İran mollakratiya rejimi və Kənd Təsərrüfatı Nazirliyinin məqsədyönlü şəkildə həyata keçirdiyi iqtisadi siyasətlər nəticəsində Güney  Azərbaycan bağbanlarınin meyvə məhsulları, xüsusi ilə də becərdikləri almanı satmaq üçün yer tapa bilmirlər. Məhsulları xarab olan bir çox bağban hətta meyvə ağaclarını kəsərək başqa işlə məşğul olmağa məcbur olurlar. Bağbanların bu vəziyyətə kəskin etirazından sonra millət vəkilləri Tehranda yerləşən alma mafiyasını bu problemin əsas təqsirkarı kimi göstərib, bu yöndə Kənd Təsərrüfatı naziri Mahmud Höccətinin cavabdeh olmasını tələb ediblər.  

Bukanın (Bəykəndi) millət vəkili, milliyyətcə kürd olan Məhəmməd Qəsim Osmani isə müraciəti imzalamaqdan imtina edib. Radikal kürd cərəyanları və qaçaqmalçılara dəstək verməkdə məşhur olan Məhəmməd Qəsim Osmaninin müraciətə dəstək verməyəcəyi çoxları üçün əvvəlcədən gözlənilən olub.

Millət vəkilləri ölkənin meyvə qütbü sayılan əyalətin bazarının Tehrandakı mafiya tərəfindən idarə olunmasına sərt ediraz ediblər. “Ölkənin 70 faizdən çox alması Güney  Azərbaycanda, təxminən 15 faizi isə Tehran əyalətində istehsal olunur. Belə vəziyyətdə alma ixracatla məşğul olan Mərkəzin Güney Azərbaycanda deyil, birbaşa Tehranda yerləşməsinə nə gərək var?! Bu, ixracatla bağlı qanunlara ziddir, həm də bağbanlara qarşı haqsızlıqdır”- deyə müraciətin bir hissəsində qeyd olunub.

Kənd Təsərrüfatına ünvanlanan bütün suallar noyabrın 1-də İran parlamentinin Rəyasət Heyətinə təqdim olunub, hələlik müraciətə heç bir rəsmi reaksiya verilməyib. Güney  Azərbaycan millət vəkilləri alma mafiyasını ifşa edərək bu barədə Nazirliyə sual ünvalayıblar

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

 

 

10:00