Güney Azərbaycan Milli Hərəkatının 35 nəfər fəalına qarşı məhkəmə qurulub

 

Güney Azərbaycan Milli Hərəkatına qarşı İran mollakratiya rejimi tərəfindən təqiblər və təzyiqlər son günlər daha da sərt xarakter daşımaqdadır. Belə ki, milli fəallar nəinki hər addımda təqib olunurlar, hətta onlar qanunsuz yerə tutuqlanır və saxta məhkəmə hökmləri ilə həbsxanalara salınırlar.

Güney Azərbaycanın Əhər şəhərində yerləşən və mollakratiya rejiminin xüsusi cəza məkanı kimi tanınan “İnqilab məhkəməsi” tərəfindən milli fəallara göndərilən məhkəmə çağrışlarına əsasən 35 nəfər milli fəala qarşı məhkəmə iclası keçirilib. Mollakratiya rejiminin  “İnqilab məhkəməsi”nin 3-cü bölümündə milli fəallar sorquya çəkilib .Məhkəmənin hakimi Baqırbpurun nəzarətində olmaqla ilkin məhkəmə prosesində Süleyman Kazimi, ,Əkbər Cahangiri, Mənsur Seyfi, Əlirza Çəngizi, Arəş Cəfəri, Beytullah Bərzgər, Murtaza Səfəri, Mürtaza Şükri, MuhəmmədRza Rəhmanifərd, İsrafil Fətullahzadə, Əkbər Abulzadə və

Başqa milli fəalların ifadələrini dinləyibdir. 

Xatırladaq 2014-cü il fevral ayının 21-də “Dünya Ana Dili Günü”nü izləmək mərasimində 80 nəfərə yaxın Güney Azərbaycan Milli Hərəkatının fəalları tutuqlanıblar. Mərasimin keçirildiyi zaman mollakratiya rejiminin təhlükəsizlik qüvvələri izinsiz silah və bibər qazla törənin keçirildiyi evə vəhşicəsinə hücum edib və milli fəalları döyərək tutuqlayıb. Tutuqlanan milli fəallar dəfələrlə işgəncələrə məruz qalmış,  istintaq və məhkəmələrdə “İran dövlət rejiminə  qarşı fəaliyyət”, “İranın milli təhlükəsizliyini pozmaq”, “Xarici dövlətlərilə iş birliyində olmaq” kimi qondarma ittihamlarıla üzləşiblər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:44