Güney Azərbaycan milli fəalı etiraz olaraq ağzını tikib

2016-ci il dekabrın 7-dən Güney Azərbaycanın Kərəc şəhəri Rəvayişəhr həbsxanasında İran mollakratiya rejiminin qəddarcasına tutuqladığı və siyasi tutuqlular bölümündə aclığa başlayan əslən Təbrizdən olan Səid Şirzad uşaq haqları müdafiəçisi qismində rejimə qarşı etiraz əlaməti olaraq, ağzını tikərək ağaksiyasını davam etdirir.

Səid Şirzadın uşaq haqlarını müdafiə etdiyinə və siyasi məhbusların ailəsi ilə irtibatda olduğuna görə “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittihamı ilə 5 il azadlıqdan məhrum edilib. Son günlərdə siyasi məhbusun sağlıq durumu ilə bağlı belə bir məlumat yayılmışdır: “Səid Şirzad bir ay müddətində 10 kiloqram çəki itirib, onun qan təzyiqi kəskin aşağı düşüb. O həmçinin ümumi zəiflik, halsızlıq, ürək döyüntülərinin müntəzəm olmaması, mədə və böyrək ağrılarından əziyyət çəkir. Fəal bir neçə dəfə həbsxananın poliklinikasına aparılsa da, xəstəxanaya intiqal edilmək və sistem (serom) qəbul etməkdən imtina edib.”
Milli fəal xəstə məhbuslara tibbi yardımın edilməməsi və məhbusların həbsxanalarda təhlükəsizliyinin təmin edilməməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. O məhbus Mehdi Fərahi Şandizin həbsxana rəhbərliyi tərəfindən döyülməsini, məhbusların təhlükəsizliyinin təmin edilmədiyinə misal kimi göstərib.
S.Şirzad 2014-cü il  iyunun 2-də Təbrizdə öz iş yerində İran mollakratiya rejiminin təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Milli fəal qısa müddət sonra Tehranın ən qorxulu “Evin” həbsxanasın və bir müddət sonra Rəcayişəhr həbsxanasına köçürülüb. Milli fəal 15 ay qeyri-müəyyən vəziyyətdə saxlandıqdan sonra 2015-ci il sentyabrın 12-də İran mollakratiya rejiminin irticaçı qərarlar mərkəzi kimi tanınan “Tehran İnqilab Məhkəməsi”nin 15-ci Şöbəsində mühakimə edilib.
S. Şirzad 2012-ci il avqustun 21-də Güney Azərbaycanın Qaradağ bölgəsində baş verən zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O, burada19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb. Uşaq haqları müdafiəçisi aclıq aksiyasının 37-ci günündə səhhəti kəskin ağırlaşdığına görə zindanın poliklinikasına aparılıb. Yarı halsız bir durumda olan siyasi həbsxana xəstəxanasından Tehranın “İmam Xomeyni Xəstəxanası”na müalicə üçün köçürülüb.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

14:23