Güney Azərbaycan ayağa qalxdı

Urmu, Zəngan və Ərdəbildə fəhlələr və işçilərin mitinqləri keçirilib

Keçən bir neçə gündə Güneyn Azərbaycanının müxtəlif şəhərləri, o cümlədən Urmu, Zəncan və Ərdəbildə işdən çıxarılan, həmçinin gecikmiş maaşlarını və sığorta haqlarını tələb edən yüzlərlə işçi etiraz mitinqi təşkil edib. Bu haqda yerli qəzetlər, və eyni zamanda xəbər agentlikləri və internet portalları məlumat yayıb. Borna News internet portalının məlumatına görə, “Saminul-Höcəc” adlı maliyyə və kredit şirkətinin Güney i Azərbaycan bir sıra vilayətilərindəki şöbələrinin işdən çıxardığı 78 əməkdaşı üç gün öncə Urmu şəhərində valilik binası önündə piket keçiriblər.
İLNA və İSNA xəbər agentlikləri isə Zəncan şəhərində bitki yağları istehsal edən Cahan şirkətinin işdən çıxardığı 200 işçinin yanvarın 30-da təşkil etdiyi etiraz mitinqi haqqında məlumat yayıblar. İLNA-ya istinadən, Zəngan valiliyi önündə toplanan işçilərin bir çoxu 11 aylıq maaşlarını ala bilməyiblər.
Ərdəbil dəmir əritmə zavodunun fəhlələri də yanvarın 30-da valilik binası yaxınlığında mitinq təşkil ediblər. Mehr agentliyinə istinadən, Ərdəbilli fəhlələr 14 aylıq maaşlarını tələb edirlər.
Qeyd edək ki, İran mollakratiya rejiminin Güney Azərbaycanla bağlı apardığı belə bir  siyasətin sonucu olaraq, öncələrdən fərqli bir biçimdə proseslər gündəmə gəlməkdədir. Öncələr kütləvi şəkildə işsizlik problemləri ilə ilgili olaraq, işsiz əhali İranın farslar yaşayan bölgələrinə miqrasiya edirdilərsə, bu dəfə Tehran rejiminə qarşı etiraz aksiyaları keçirməyə başlamışlar.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

11:22