Güləşçimiz Rusiya idmançısını yenib AÇ-nin finalına çıxdı

Bu gün Rusiyanın (Dağıstan) Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı (AÇ) start götürüb.

Xudaferin.eu oxu.az-a istinadən xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində mübarizə olub.

Üç idmançımız sabah medal uğrunda döşəyə çıxacaq. Bunlar Eldəniz Əzizli, Elvin Mürsəliyev və İslam Abbasovdur. Onların hər üçünün də 1/2 finaldakı rəqibi meydan sahibi Rusiya idmançıları olsa da, yalnız Eldəniz finala çıxa bilib.

Onun finaldakı rəqibi Estoniya idmançısı Helari Maeqisalu olacaq. Elvin Mürsəliyev və İslam Abbasov isə bürünc medal uğrunda yarışacaq.

Qeyd edə ki, III yer və final görüşləri sabah Bakı vaxtı ilə saat 18:15-dən etibarən keçiriləcək.

Xudaferin.eu

11:35