Göyərtəsində azərbaycanlıların olduğu gəmi itib

Yapon dənizində göyərtəsində 21 nəfər olan “Vostok” balıqçı gəmisi ilə rabitə kəsilib. Gəminin göyərtəsində Rusiya, Moldova, Ukrayna və Azərbaycan vətəndaşlarının olduğu bildirilir.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinə istinadən xəbər verir.

Qəza radio-siqnalının ötürüldüyü yerə sahil mühafizə xidmətinin gəmisi, xilasedici-yedəkçi gəmi və BE-200 təyyarəsi göndərilib.

Axtarışlar hələlik bir nəticə verməyib.

oxu.az

09:43