GÖRKƏMLİ DÖVLƏT VƏ SİYASƏT XADİMİ .....

Görkəmli Dövlət və Siyasət xadimi - Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olmuşdur.
1966- 1968-ci ilərdə keçmiş SSRİ-nin Şərqi Almaniyada yerləşən hərbi bazalarının birində həqiqi hərbi xidmət keçmişdir. Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Milis Məktəbini bitirmişdir.
1970-ci ildə Azərbaycan daxili işlər orqanlarında xidmət etməyə başlamışdır.
Əvvəllər Cinayət-axtarış strukturlarında xidmət etmişdir. 1975 -1980-ci illərdə Şuşa rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində işləmişdir. 1984–1987-ci illərdə Əli-Bayramlı (indiki Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
Ramil Usubov 1987-ci ildə Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. 1989 -1991-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin rəisi olmuşdur. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə bu idarənin Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Ramil Usubov Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant , 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.
Ramil Usubov 20 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir.
Görkəmli Dövlət və Siyasət Xadimi Ramil Usubov müstəqil Azərbaycanın qurucusu , dünya şöhrətli Dövlət Adamı - Heydər Əliyevin ən yaxın tərəfdaşı olmuşdur.
Ramil Usubov 25 il fasiləsiz Azərbaycanın Daxili İşlər Naziri işləmiş ; ölkədə ictimai - siyasi sabitliyi təmin etmişdir.
Ramil Usubov qüsursuz və yorulmaz xidmətlərinə görə : 24 dekabr 1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni ,
2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ,
29 iyun 2018-ci ildə Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni,
22 dekabr 2018-ci ildə "Şöhrət" ordeni,
25 dekabr 2023-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdir
Ramil Usubov həm də qayğıkeş ailə başçısıdır.
Ramil Usubovun Emil və Raul adında 2 oğlu və 1 qız övladı var.
Ramil Usubovun oğlu Emil Usubov polis general-mayorudur ; 2004-cü ildə "İgidliyə görə" medalı ilə, 2018-ci ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Digər oğlu Raul Usubov polis polkovnik-leytenantıdır ; 2015-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
Ömrünü Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinə həsr etmiş Görkəmli Dövlət və Siyasət xadimi - Ramil Usubova möhkəm Can sağlığı , uzun ömür ; fəailiyyətində uğurlar arzulayırıq .

Müəllif : Qəvami Sadıqbəyli.

Xudaferin.eu

12:34