Gəncədə “Muğam Müsabiqəsi 2017”-nin seçim turu

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan “VI Muğam Televiziya Müsabiqəsi”ndə iştirak edəcək ifaçılarının bölgələr üzrə seçim mərhələsinə başlanılıb.

Layihənin seçim turunda Gəncə ilə yanaşı Samux, Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Xocalıdan yeniyetmə və gənclər iştirak ediblər. Səs və ifaçılıq bacarıqları ilə münsiflərin diqqətini çəkmək istəyənlərin ən kiçiyinin 11, ən böyüyünün isə 29 yaşı olub. Qiymətləndirməni respublikanın qabaqcıl mədəniyyət xadimləri aparıblar.

Xudaferin.eu
“Gəncə Bürosu”

10:09