Gəncədə Gənclər Kamera Orkestri konsert verib

Gəncədə Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında konsert proqramı təşkil olunub. Konsertin bədii rəhbəri xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, orkestrin dirijoru Fuad İbrahimov, direktor xalq artisti Yeganə Axundovadır.

Konsertdə Müslüm Maqomayevin “Azərbaycan”, Fikrət Əmirovun “1001 gecə” baletindən Şəhrizadın bayramı, Üzeyir Hacıbəylinin “Arazbarı”, Niyazinin “Arzu”, “Qaytağı”, Sevil Əlyevanın “Ana”, Tofiq Quliyevin “Sevgi valsı”, Aqşin Əlizadənin “Cəngi”, Qara Qarayevin “Adajio və rəqs”, Vasif Adıgözəlovun “Qərənfil”, Arif Məlikovun “Komediyanın göz yaşları”, F. Bədəlbəylinin “Dəniz”, “Astor Piazzolonun “Fuqa-misterio” və digər əsərlər, habelə Azərbaycan xalq mahnıları ifa olunub. Konsertin solistləri isə Orxan Cəfərov, Aydan Həsənova, Taleh Yahyayev, Pərviz Məmmədov, Fərman Mehtiyev və Samir Adıgözəlov olub.

Xudaferin.eu

12:41