Gənc solistlərin premyera konserti

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Gənc solistlərin premyera konserti” adlı konsert proqramı təşkil olunub. Musiqili gecədə dünya şöhrətli argentinalı bəstəkar Astor Pyazzollanın tanqo musiqiləri ilə yanaşı, italiyalı bəstəkar Antonio Vivaldinin “İlin fəsilləri” adlanan klassik musiqi əsəri səslənib. Bundan başqa, respublikanın tanınmış gənc ifaçıları tərəfindən dünya bəstəkarlarının klassik musiqi əsərləri ifa olunub.

Konserti gənc solistlərdən ibarət Bakı Solistləri Ansamblı müşayiət edib. Bir-birindən maraqlı klassik musiqi nömrələrinin təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb. Qeyd edək ki, layihənin rəhbəri gənc musiqişünas Emin Hüseynovdur.

Xudaferin.eu

17:34