Gənc sənətşünaslar tanınmış rəssamın emalatxanasında iş prosesi ilə tanış olublar

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” layihəsinin üçüncü mərhələsi davam edir. Qalereyadan bildirilib ki, layihənin növbəti mərhələsi Xalq Rəssamı Tofiq Ağababayevin emalatxanasında baş tutub. Görüşdə gənc sənətşünaslar tanınmış rəssamın emalatxanasında iş prosesi ilə yaxından tanış olublar, rəssamlıq sənətinin özəllikləri ətrafında müzakirələr aparıblar.

 

Layihə gənc sənətşünaslarla birgə Azərbaycan rəssamlıq sənətinin müasir inkişaf məsələlərinin, rəssamların bədii yaradıcılıq axtarışlarının, onların yaradıcılığındakı bədii tendensiyaların, orijinal ideyaların müzakirəsinə, araşdırılmasına və geniş auditoriyaya əyani təqdim edilməsinə yönəlib. Layihənin məqsədi gənc sənətşünaslarda tədqiqat və yaradıcı müzakirə vərdişlərinin təkmilləşməsinə stimul yaratmaqdan ibarətdir. Qeyd edək ki, növbəti görüşün xalq rəssamı Fazil Nəcəfovun emalatxanasında keçirilməsi nəzərdə tutulur.

Xudaferin.eu

11:27