Gənc rəssamın “Mənim rəngli dünyam” adlı fərdi sərgisi açılıb

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində tanınmış rəssam Rəfiqə Ramizqızının “Mənim rəngli dünyam” mövzusunda fərdi sərgisi açılıb.

Baş İdarədən bildirilib ki, sərgidə mədəniyyət evinin direktoru Natiq Abbasov, 38 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru Rafiq Rəhimov çıxış ediblər. Bildirilib ki, rəssamın əsərləri ölkəmizdə və beynəlxalq sərgilərdə diplomlara, fəxri fərmanlara layiq görülüb. Gənc rəssamın əsərləri nəinki respublikamızda, hətta xarici ölkələrdə də böyük məhəbbətlə qarşılanıb.

Sonra iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə rəssamın müxtəlif mövzunda işlədiyi əsərlər nümayiş edilib.

Xudaferin.eu

09:19