Gənc ifaçıların konserti maraqla qarşılanıb

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında gənc ifaçıların konserti keçirilib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva konsertin proqramı barədə məlumat verib. Bildirib ki, konsert Mədəniyyət kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi əsasında reallaşıb. Konsert proqramında Bakı Musiqi Akademiyasının tələbələri - beynəlxalq və respublika müsabiqələr laureatları və prezident təqaüdçüləri iştirak edir. O, gənc musiqiçilərə uğurlar arzulayıb. Bununla yanaşı, konsert zamanı hər bir ifaçı eyni zamanda daha iri çəkili səhnədə böyük sənət imtahanı vermiş sayılıblar.
Qeyd edək ki, çox böyük maraqla qarşılanan konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub.

Xudaferin.eu

 

06:18