Gəncə Dövlət Teatrı növbəti səfərə hazırlaşır

Gəncə Dövlət Teatrı növbəti səfərə hazırlaşır

 

Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında Əli Əmirlinin “İyirmi ildən sonra” tamaşasını nümayiş etdirib. Gürcüstan, Ukrayna, Rusiya və Türkiyənin teatr kollektivlərinin qatıldığı festivalda uğurla çıxış edən yaradıcı heyət bir çox beynəlxalq teatr festivallarına, simpoziumlarına dəvət alıb.

Nizami yurdunun aktyorları hazırda iyun ayında isə Moskva Dram Teatrının yubiley tədbirinə və 2018-ci ilin oktyabr ayında Rusiyada keçiriləcək Beynəlxalq Teatr Festivalına hazırlaşır. Türkiyədən xoş təəssüratlarla Vətənə dönən kollektiv Anton Çexovun “Vanya dayı” əsəri üzərində çalışır. Səhnə əsərinin aprel ayının sonuna kimi təhvil veriləcəyi planlaşdırılır.Tamaşaya quruluşu Teatrın baş rejissoru İradə Gözəlova verib.

 

Hicran Məmmədova

Gəncə

05:59