Gənc balet artisti Timur Əsgərov Londonda qastrolda olacaq

 

İyulun 24-dən avqustun 12-dək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının balet truppası və simfonik orkestri London Kral Opera Teatrında qastrolda olacaq.

London Kral Opera Teatrı xəbər verir ki, qastrol tamaşalarında aparıcı partiyaları balet artistləri Yekaterina Kondaurova, Nadejda Batoyeva, Yelena Yevseyeva, Anastasiya Matviyenko, Yekaterina Osmolkina, Renata Şakirova, Timur Əsgərov, Yevgeni İvançenko, Kimin Kim və başqaları ifa edəcəklər. Timur Əsgərov qastrol müddətində “Don Kixot”, “Qu gölü”, “İnfra”, “Bayaderka” baletlərində çıxış edəcək.

Xudaferin.eu
“Avropa Bürosu”

09:35