2018-ci ildə Azərbaycanda orta aylıq pensiya məbləğinin 216,5 manata çatacağı proqnozlaşdırılır.
Bu da 2017-ci ilin gözlənilən proqnozu ilə müqayisədə 7,6 manat və ya 3,6%, 2016-cı ilin faktiki göstəricisi ilə müqayisədə isə 24,3 manat və ya 12,6% çoxdur. Bu barədə növbəti ilin büdcə layihəsində bildirilir. Həmçinin, gələn il əmək pensiyaçıları üçün yaşayış minimumu 144,0 manat nəzərdə tutulub ki, bu da 2017-ci ilin gözlənilən nəticəsi ilə müqayisədə 13,8 manat və ya 10,6%, 2016-cı ilin faktiki göstərici ilə müqayisədə 21 manat və ya 17,0% artım deməkdir.
Qeyd edək ki, təqaüdlərin bu qədər az olmasının əsas səbəblərindən biri də ölkənin milli gəlirlərinin düzgün istiqamətlənməməsi, hakimiyyətin bürokratik aparatnın həddindən artıq şişirdilməsi və iqtisadiyyat sektorunun liberallaşdırılmamasıdır. Bütün bunlarla yanaşı, həm də korrupsiyanın tüğyan etməsi də ölkə büdcəsinin daha da güclü olması yönündə əsas maneələrdən biridir.
Gələn il pensiya 7,6 manat artacaq

Azadliq.info
10:06
Digər xəbərlər