“Gələn il də bank sektorunda böyük silkələnmələr davam edə bilər”

“Gələn il də bank sektorunda böyük silkələnmələr davam edə bilər”Dəfələrlə apardıımız sorğular əsasında deyə bilərik ki, son vaxtlar banklarda dolların olmaması və yaxud limitlə satılmasına baxmayaraq, “qara bazar”dollar alış-satışı artmışıdı. Ekspertlər “qara bazar”a dolların banklar tərəfindən ötürüldüyünü, qeyri-rəsmi də olsa, deyirdilər. Ancaq qeyri-rəsmi deyilənlər son günlər rəsmi şəkildə təsdini tapdı. Məlum oldu ki, “Azərbyacan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sədri Elmar Məmmədov və “Azər Türk Bank” ASC-nin idarə heyətinin sədri Fərhad Adıgözəlov həm “Qara bazar”ı dollarla təmin etdikləri, həm də bu dollar satışından əldə olunan vəsaitin bir qismini ölkədən çıxartdıqları üçün işdən azad edilib. Eyni zamanda “Azər Türk Bank” 10 milyon manat cərimə olunub. Hər iki bank rəhbərinin işdən azad olunmasından sonra bu gün 28 May metrostansiyasının arxasında dollar alverçilərinin yoxa çıxması, ərazinin polis nəzarətində olduğunu müşahidə etdik. Yalnız bir nəfərin əlində dollar var idi. Onu da polis serjantı ərazidən qovdu. Polis nəfərlərindən biri dollar alverçisini qovan polis serjantına dedi ki, “niyə qovursan? Nə olub ki?” Polis serjantı cavabında “vəziyyət kritikdir” söylədi.

Bank sektorunda başverənlərdən sonra “qara bazar”ın neçə günlük günü “qara” olacaq, deyə bilmərik. Ancaq görünən odur ki, bank sektoruna ciddi nəzarət olmasa, bank sektoru da, elə ümumilkdə iqtisadiyyatımız da ağır durumdan çıxa bilməyəcək. Ölkədə sağlam iqtisdi mühitin yaranmasına ciddi ehtiyac var. Qeyd edək ki, həm “Azərbaycan Beynəlxalq Bankı” ASC, həm də “Azər Türk Bank” ASC dövlət banklarıdır.
Movzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Hurriyyet.org-a açıqlamasında bildirdi ki, son dövrlərdə bank sektorunda vəziyyət çox acınacaqlıdr: “Bank sektorunun özünəgüvəni xeyli dərəcədə sarsılıb. Geri qayıtmayan kreditlərin həcmi artıb. Bank sektorunda baş verən hər hansı neqativ hadisələr ümumi maliyyə-kredit siyasətinə, gələcəkdə banklarla bağlı hər hansı böyük problemlərin olmayacağına zəmanət vermir. Belə hadisələrin olması onsuz da güvən problemi yaşayan bank sektoruna daha ağır zərbələr vurur. Belə məlum olur ki, ölkədəki bir çox problemlərin kökündə bank sektorunun normal fəaliyyət göstərməməsi dayanır. Əhalinin banklarda təqrbin 8 milyarda yaxın deopziti var. Belə təlatümlü hadisələr davam etdikcə insanların depozitlərlə bağlı narahatçılığı da artacaq. Bu da depozitlərin geri çəkilməsi ilə nəticələnə bilər. Belədə onsuz da çox ağır durumda olan bank sektoruna daha ağır zərbə dəyə bilər. Belə bir şəraitdə hökumət ciddi düşünməldir ki, bank sektorunda başverənlərin ümumi iqtisadiyyata çox ağır təsirləri var. Çünki hər bir ölkənin bank-maliyyə sistemi iqtisadiyyatın qan-damar sistemidir. Bu qan-damar sistemində probemlər yaşandıqca, bütün iqtisadiyyatda problem yaşanır. Necə ki, biz bunu son dövrlərdə hiss etdik. Ona görə də bank sektorunda sağlamlaşdırma, təmərküzləşdirmə prosesi mütləq davam etdirilməlidr. Bank sektoru özü ayaq üstə durmağı bacarmalıdr. Bunun üçün çox güman ki, gələcəkdə dövlət dəstəyi proqramı həyata keçiriləcək. Çünki başqa mənbə yoxdur ki, bank sektorunu ayaqda saxlasın. Bunun da dövlətin büdcəsinin üzərinə əlavə yük kimi düşməsi ehtimalı var”.
N. Cəfərli vurğuladı ki, bank sektorunda başverənlərin əsas səbəbi rəqabət mühitinin olmamasıdır: “Xarici bankların uzun illərdir ki, ölkədəki bank bazarına buraxılmamasının nəticəsidr. Yəni əsas məsələ rəqabətsiz mühitdir. Rəqabətsiz mühit olanda, nəzarət mexanizmləri zəif olanda təbii ki, bank sektorunda belə özbaşınalıqlar ola bilər. Beynəlxalq Bankın rəhbərinin həbsindən sonra düşünmək olardı kı bu sistemdə bir düzən yaradılacaq, yaranmış probelmlərin kökü araşdırılacaq və bunlar aradan qaldırılacaq. Təəssüf ki, hələ də bu sahədə ciddi addımlar atılmayıb. Hələ ki bank sektorunun özündə böyk probemlər var. Gələn il də bank sektorunda böyük silkələnmələr davam edə bilər. Gələn il davam edən problemlər isə bank sektorunu iflic vəziyyətinə salacaq”.
“Əsas problem bank sisteminin məmurlara bağlı olmasıdır. Azərbaycanda iri banklar böyük çaplı məmulara bağlıdır. Bu fəsadlar məmur iqtisadiyyatının fəsadlarıdır. Bir çox hallarda məmurların maraqları ilə iqtisadi maraqlar üst-üstə düşmür. Bank sektorunun fəlsəfəsində bu məsələ dayanır. Mütləq məmur biznesdən ayrı olmalıdr. Məmurlar biznesdən tamam çəkilməlidr. O cümlədən bank sektorundan da tamam çəkilməlidirlər ki, normal rəqabətli mühit olsun. Məmurların maraqları toqquşduğu üçün bunun nəticəsinin zərbəsi əhaliyə dəyir. Əks təqdirdə məmurlara bağlı olan bak sektoru belə səhv addımlar atmaqda davam edəcək. Cəzasızlıq mühitindən istifadə edəcəklər. Əslində, düşünmək olardı ki, Cahangir Hacıyevin səs-küylü həbsindən sonra bunun bank rəhbərlərinə bir çəkindirici effekti olacaq. Amma son hadisələr göstrədi ki, ciddi bir çəkindirici effekt olmayıb. Ola bilər ki, bank sektorunda baş verən proseslərin miqaysı azalıb. Qeyri-qanuni pul dövriyyəsinin həcmi azalıb. Amma həcm azalsa da, əvvəlki yanaşma tərzi hələ də yerində qalıb. Bu yanaşma tərzi ölkənini iqtisadiyyaytı üçün çox böyük bir problemdir”, - deyə iqtisadçı vurğuladı.
N. Cəfərli hesab edir ki, bank sektorunu normal inkişaf etdirmək üçün ilk növbədə xarici bankların ölkəyə çıxışını təmin etmək lazımdır: “Azərbaycan hökuməti bunu uzun illərdir ki, geçikdirir. Bunun əsas səbəbi odur ki, məmurlara bağlı banklar rəqabətli mühitdə normal fəaliyyət göstərə bilməyəcəklər. Azərbaycanda Amerika, Avropa, Asiya banklarının daxli bazara birbaşa çıxışını təmin emək üçün kifayət qədər imkanlar var. Sadəcə, qanunvericilikdə bəzi dəyişikliklər edilməlidir, siyasət dəyişdirilməldir. Xarici bankların Azəraycanda fəaliyyət göstərməyə marağı var. Bu maraqdan istifadə edərək Amerika və Avropanın banklarının bazara birbaşa çıxışını təmin etmək lazımdır ki, rəqabətli mühit yaransın. Bu rəqabətli mühit yaranacaqsa, məmurlara bağlı bir çox bankların və dövlət resursları hesabına bu günə qədər ayaqda qalan bankların bağlanması və yaxud birləşdirilməsi gündəmə gələr. Düşünürəm ki, məmurları da əsas çəkindirən budur. Rəqabətli mühtə davam gətirməyəcəkərini anlayaraq xarici bankların bazara daxil olmasının qarşısını alırlar”.
İqtisadçı onu da nəzərə çatdırdı ki, “qara bazar”da dollar satışının qarşını inzibati yollarla almaq mümükün deyi: “Ölkdə normal maliyyə-bank sistemi olsaydı, “qara bazar” yaranmazdı. Normal iqtisadiyyatı olan ölkələrdə “qara bazar” yoxdur və formalaşa da bilməz. Dollar alverçiləri 28 Mayda yığışa bilmirlərsə, başqa yerə yığışacaqlar, yaxud da internet üzərindən alış-veriş edəcəklər. Bunun kifayət qədər yolları var, ondan istifadə edəcəklər. Tələb varsa, mütləq təklif də yaranacaq. Hətta SSRİ belə inzibati yollarla valyuta bazarını tənzilmləyə bilmədi. SSRi-nin böyük bir əzici maşını var idi. Amma bununla belə, valyuta alverçilərinin qarşısını ala bilmirdi. Əslində, bunu yaradan şərait aradan qalxmalıdr. Normal iqtisadi fəaliyyət göstərən bank-maliyyə sistemi olsa, Azərbaycanda nəyə görə “qara bazar” olmalıdr ki?! Valyutadəyişmə məntəqələrini bağladılar. 4-5 min insan işsiz qaldı. O valyutadəyişmə məntəqələrini açıb, qanun çərçivəsində fəaliyyət göstərsələr, “qara bazar”a heç ehtiyac qalmaz. “Qara bazar” ehtiyacdan yaranıb. Dövlətin borcudur ki, bunu yaradan səbəbləri aradan qaldırsın.  Amma Azərbayan hökuməti nədənsə səbəblərdən daha çox nəticələrlə mübaizə aparmağı sevir. Nəticələrlə mübarizə apamaq da ciddi effekt vermir. Əslində, obyektiv səbəblər də var. Bu, dollar qıtlığıdır. Sübyektiv səbəb isə odur ki, hər hansı çevrələrin marağı da var ki, “qara bazar” fəaliyyət göstərsin”.

Şamo Emin,
Hurriyyet.org

13:37