Gəlin 100 il önü düşünən millət olağın! Əks təqdirdə...
Azərbaycanın dilbər guşələrindən biri Qubamızın Qırmızı Qəsəbə səmtində İsaak Xanukov adına 1 nömrəli orta məktəbində, Azərbaycan və Yəhudi xalqının böyük oğlu, şair, yazar, dramaturq, tərcüməçi, içtimayı xadim və diasporumuzun ünlü simalarindan biri olmuş Simax Şeydanın 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu.
Yüksək səviyyədə təşkil olumuş tədbirin təşkilatçısı və aparıcı, Quba Yəhudi icmasının sayılıb-seçilən
ağsaqqallarından biri, həmin 1 saylı məktəbin direktoru dəyərli Ziyalımız Yavuşhva Simanduyev idi.
Tədbirdə Quba rayon rəhbərliyi, rayonda mövcud dövlət təşkilatları, Qırmızı Qəsəbəsində tanınmış ziyalıları, məktəbin müəllimləri və şagirdləri, eləcə şairin ailə üzvləri Simax Şeydanın 90 illik yubileyində iştirak edirdilər.
Tədbirdə bir neçə Avropa ölkələrindən dəvətlilər arasında mən və dispor fəalımız Polad Məmədovla birgə Niderlandadan qatılməşdıq.
Çıxış edənlər Simax Şeydanın uzun və mənalı ömür yolundan, Azərbaycan və İsrail xalqları arasında oynadığı mühüm rolundan, xalqımıza verdiyi mənəvi töhfələrdən bəhs edərək onu böyük sevgi və məhəbbətlə yad etdilər.
Burada bir haşiyə çıxıb bəzi səmimi iradlarımı bildirmək istərdim.
Təssüflər olsun ki, ədəbiyyatımızın görkəmli simalarından biri, Azərbaycan Sovet gəncliyində milli-mənəvi şüurun formalaşmasında misilsiz xidmətləri olan sevimli Anar Müəllim, 36 kitab müəllifi olan Simax Şeydanın, 90 illik yubileyinə bir nəfər olsun belə nümayəndəsini göndərməmişdir.
Tutaq ki, Anar Müəllim yaşla bağlı unudub, bəs onun müavinləridə sklerozdu?..
Ümumiyyətlə Azərbaycanda bir qəribə tendensiya var. İstər yazıçı, istərsə dövlət xadimi olsun- əgər yuxarda bir qohum-əqraban yoxdursa, çətin yada düşəsən...
Allah Anar Müəllimə ömür versin, onun yoxluğundan sonra AYB-ın gələcəyindən çox nigaranam...
Misal üçün müavinlərindən biri, həddindən artıq yaltaq təsiri bağışlayan, prinsiplərdən çox şəxslərə uyğun davranan Səlim Babullaoğlu, tv-də gedən Meyxana müzakirələrinin birində, bu tərbiyyəsizliyi təbliğ edən, multan tayfalarından qalma meyxana adı altında gəclərimizin mənəviyyatına zərbə vuran böş və mənasız dilləşmələri, Azərbaycan ədəbiyyatının bir qolu vəya janrı adlandırır.
Allah eləməsin Anardan sonra AYB keçə Babullaoğlularının əlinə, heç şübhəsiz Baləlidə olacaq Yazıçılar Birliyinin katibi...
Fürsət düşmüşkən qoy biriki kəlmədədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi barəsində deyim. Necə deyərlər, bunlarında insulin iynəsi vurum, son illər yaman şəkərləri qalxıb...
Simax Müəllim rəhmətlik tək şair, yazıçı deyildi, həmçinin Avropada diaspor fəallarımızın ağsaqqallarından biri idi. Təssüf ki, Diaspor Komitəsindən də bir allah bəndəsi gəlməmişdir. Ümumiyyətlə bu komitə və onun sədri barədə danışanda, sizlərə bir örnək vermək istərdim...
Qətiyyət və iradə nümunəsi sayılan, Azərbaycan torpaqlarını işğaldan azad edən qorxubilməz qalib Prezident İlham Bəy Əliyev Cənalarını tənqid etmək asandır, nəyinki Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu... Təssüflər olsun ki, hələdə komitənin fəaliyyətini araşdıran bir qrum mövcud deyil...
Yenə lənət şeytana deyib susuram...
Keçən əsrin 90-cı illərində əllərinə Azərbaycan bayrağını alıb Avropa, Amerika küçələrində Azərbaycanın haqq səslərin bağıran yəhudilər, bu Komitə üçün sankı mövcud deyillər...
Ümumiyyətlə son illər istər Azərbaycan Yazıçılar Birliyi olsun, istərsə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi olsun, Avropada yaşayan Azərbaycan yəhudilərinə bir ögey münasibət hiss olunmaqdadır...
Millətimizin qeyrətli oğul və qızları çalışırıq ki, Azərbaycanın dostlarının çevrəsini dahada genişləndirsin, bunlar isə...
Gəlin millət olağın! Dostunu düşmənini tanıyan millət.Tarixi yaddaşı möhkəm və 100 il önü düşünən millət olağın! Əks təqdirdə...
Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Xudaferin.eu
10:34
Digər xəbərlər