Əfv Məsələləri Komissiyasının sonuncu iclası başlayıb - YENİLƏNİB

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası başlayıb.

APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasa komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq.

saat 07:30

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

Xudaferin.eu APA-ya istinadən məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq.

Qeyd edək ki, indiyədək Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında 1000-dək müraciətə baxılıb. Komissiya baxılan müraciətləri sonuncu iclasdan sonra Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanması gözlənilir.
Səlcuq Elçin

Xudaferin.eu

11:15