Fuat Oktay: Beynəlxalq parlament konfransında bütün siyasi partiyalarımızın təmsilçiləri iştirak edəcəklər

Biz bu gün Azərbaycan Milli Məclisinin yaradılmasının 106-cı ildönümü münasibətilə buradayıq. Biz “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisi adından çox böyük heyətlə iştirak edəcəyik. Demək olar ki, bütün siyasi partiyalarımızı təmsil edən nümayəndə heyəti ilə buradayıq.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay söyləyib.

O bildirib ki, Azərbaycan və Türkiyə yaxşı gündə də, pis gündə də həmişə bir yerdə olan iki qardaşdır. Bu, 1918-ci ildən başlayan prosesdir. O gündən bu günə qədər bütün taleyimiz birdir. Bu torpaqlar türk millətinin yaşadığı yerdir.

"Bu gün inkişaf edən Azərbaycan var. 1918-ci ilin mayın 28-də Azərbaycan müstəqilliyini elan etdikdən sonra bolşeviklərin, ingilislərin və ermənilərin işğalına qarşı mübarizə aparmaq üçün Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycanda idi",- deyə F. Oktay vurğulayıb.

Xudaferin.eu

15:05